«Azərbaycanın şimalında inşa edilməsi nəzərdə tutulan hava limanı üçün rayonun Dəlləkənd, Ağbil və Vladimirovka kəndlərinin əraziləri təklif edilib».
Bunu AzadlıqRadiosuna Quba rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov bildirib:
«Bu, hələ ki, təklifdir. Hara hava limanı tikintisinə uyğun gəlsə, liman da orada inşa olunacaq».
Başçı müavininin sözlərinə görə, hava limanı Azərbaycanın şimal rayonları və həmsərhəd Rusiya üçün yeni imkanlar açacaq. Limanın Qubada inşa olunması burada turizmin inkişafına da təkan verəcək.
Mütəxəssislər 600 hektar ərazini gözdən keçiriblər.
Quba aeroportu həm ölkə daxili, həm də beynəlxalq daşımalar üçün nəzərdə tutulub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?