Elmə məlum olmayan virus Ümumdünya Səhiyyə Təşkilatını təşvişə salıb
Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni müşahidə olunan virusun indiyə qədər 27 nəfərin ölümünə səbəb olması ilə bağlı bəyanat yayıb. Bir neçə gün bundan əvvəl isə ölənlərin sayının 22 olduğu qeyd olunmuşdu.
Son bir neçə gündə Səudiyyə Ərəbistanında 50 yaşdan yuxarı daha 5 nəfərin ölüm xəbəri təsdiqlənib.
Virus ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında qeydə alınıb. Daha sonra Fransa, Almaniya, İordaniya və Böyük Britaniyada virusa yoluxma halları özünü göstərib. Elm aləminə tanış olmayan bu virus bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün də böyük təhlükə törədir.
Sorğu
Yeni dizaynımız necədir?