Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi Həcc ziyarəti ilə bağlı müsəlman ölkələrinə xəbərdarlıq göndərib. Modern.az-ın məlumatına görə, Səudiyyə rəsmiləri yaşlı zəvvarların və səhhətində xroniki xəstəliklər olan insanları həcc ziyarətini təxirə salmağa çağırıb.
Nazirlik rəsmiləri həmçinin zəvvarların gigiyena qaydalarına əməl etməsini, öskürərkən ağızlarını bağlamasını və insanların çox olduğu yerlərdə qoruyucu maskalardan istifadə etməsini məsləhət görüblər.
Bildirilib ki, son günlər Səudiyyə Ərəbistanında “korona” adlı yeni virus yayılıb. Virusdan 39 nəfər dünyasını dəyişib.
Rəsmilər zəvvarları bu virusdan mümkün qədər qorunmağa çağırıb.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsindən rəsmi açıqlamasına görə, bu il Azərbaycandan Həcc ziyarətinə 1400 zəvvarın gedəcəyi gözlənilir. Suriyada baş verən hadisələrlə əlaqədar bu il zəvvarlar üçün avtobuslarla səfər edə bilməyəcəklər. Azərbaycanlı zəvvarlar üçün ümumi ziyarət xərci 3200-4100 manat arası nəzərdə tutulub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?