Bu il 1-cinifə getməli olan oğlanın çiynindən aşağı bir qolu, topuqdan yuxarı bir ayağı kəsilib Şəkidə 6 yaşli uşaq ot biçən kombaynın çarxları arasında qalıb. Atasının gözü qarşısında baş verən hadisə nəticəsində uşağın bədəninin demək olar ki, yarısını iti diskli çarx qopararaq kənara atıb. Həyətlərində ot biçən kombayna baxmaq istəyən Kolaklı kənd sakini 6 yaşlı Murad Abdullayev birdən traktorun ona tərəf gəldiyini görüb və qaçmaq istəyb. Lakin ot rəngindən seçilməyən paltarı və otun hündürlüyü 6 yaşı olan azyaşlını görünməz edib, bu zaman isə iti çarxları olan ağır texnika otla bərabər uşağı da çarxları altına salıb. Qışqıraraq traktoru saxladan ata, övladını qan içində otların arasında görüb.
Uşağı qonşuluqdakı maşınla koma vəziyyətində xəstəxanaya apararkən yolda bədəninin tamamilə soyuduğunu görən atası övladının öldüyünü zənn edib. Lakin buna baxmayaraq, kəskin və dözülməz ağrı və güclü qanitirmədən koma vəziyyətində olan oğlunu xəstəxanaya çatdırıb. Həkimlər bu durumunda uşağın həyatı üçün heç bir ümid görməsələr də, ümüdsiz halda azyaşlını dərhal əməliyyata hazırlayıblar. Mümkün olan hər şey olunsa da, bədəninin bütün hissələrindən aldığı ciddi zədələr, ən əsası çiynindən aşağı bir qolu, topuqdan yuxarı bir ayağı amputasiya olunan 6 yaşlı bir uşağın yaşaması yalnız möcüzə nəticəsində mümkündür.
Murad Abdullayevin yaşamasını həkimlər Allahın və tibbin möcüzəsi kimi qiymətləndirir. Amma burada uşağın orqanizminin möhkəmliyi də diqqətdən kənarda qalmamalıdır.
Həkim bildirib ki, 4 gün həyatla ölüm arasında mübarizə aparan azyaşlı gördüyü dəhşətli mənzərədən hədsiz qorxduğundan, mənəvi travma da alıb. Həkim onu da deyib vəziyyəti stabil ağır olan bu möcüzəli uşağın hazırki durumu aldığı fiziki və mənəvi travmalara və keçirdiyi əməliyyata uyğun olmayaraq çox aktivdir.
İkinci həyatını qazanan azyaşlı isə, onu ziyarət edən hər kəsdən kömək istəyir: “Mən qıraqla getmək istəyirdim, sonra ayağıma tikan batdı, traktor da gəldi ayağıma ilişdi. Mən yıxıldım, qışqırıb atamı çağırdım. Həkimə demişəm məni sağaltsınlar, məni düzəldin, ayağımı, qolumu da qoyun. Amma iynə vurmasınlar”.
Bu il 1-ci sinfə getməli olan Murad Abdullayev öz yaşıdlarından geri qalmamaq üçün həkimlərin onu tez sağaldacağına ümid edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?