Salyanda 12 yaşlı uşağı it dişləyərək ona xəsarət yetirib.
"Report" xəbər verir ki, hadisə rayonun Arbatan kəndində qeydə alınıb. Kənd sakini, 12 yaşlı Samir Məhərrəm oğlu Muradov yolda gedərkən küçə itlərinin hücumuna məruz qalıb. İtlərdən biri onun sol budunu dişləyərək xəsarət yetirib. Azyaşlı uşaq dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluğa qarşı vaksin vurulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?