Rayondan müalicəyə gətirilən qadın özünü 4-cü mərtəbədən atdı
Bakının Suraxanı rayonu ərazisində qardaşlar bacılarını ölümdən qurtara bilmədilər. Rayon Prokurorluğundan verilən məlumata görə Hövsan qəsəbəsində yaşayan 43 yaşlı Qəbələ rayon sakini Mətanət Abdullayeva xilası üçün qardaşlarına şans verməyib. O, özünü elə qardaşının evində öldürüb.
M.Abdullayeva ruhi-əsəb xəstəsi olub. Əri bir müddət əvvəl ölən M.Abdullayeva o vaxtdan əsəb xəstəliyindən əziyyət çəkib. Ötən gün qardaşları onu Qəbələnin Vəndam kəndindən Bakıya müalicəyə gətiriblər. Bacıları əsəbi olduğundan qardaşlar onu həkimə aparana qədər ciddi nəzarətdə saxlayırmışlar. Dünən gözdən yayınan Mətanət özünü 4-cü mərtəbədən ataraq öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?