Bu gecə saat 02:10 radələrində Bakının Xətai rayonunda 27 yaşlı gənc atası tərəfindən bıçaqlanıb. Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən verilən məlumata görə, 1986-cı il təvəllüdlü Mixail Yuryeviç Dronov atası tərəfindən bıçaqlanıb. Bu barədə polis bölməsinə Yuri özü məlumat verib. O, izahatında bildirib ki, oğlu spirtli içki düşkünüdür. O, hər gün evə sərxoş gəlir və qalmaqal törədirmiş. Bundan əlavə evin əşyalarını satıb, pulu içkiyə verib. Yurinin sözlərinə görə, gecə Mixail evə sərxoş gəlib və anasına hücum çəkib. İddiaya görə, gənc anasını zorlamaq istəyib.
Qarnından və qolundan bıçaq xəsarətləri alan Mixail Dronov xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə şahidlərinin ANS PRESS-ə dediklərinə görə, gənci anası bıçaqlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?