Rayon prokuroru gerçək şikayətçiləri qəbuldan kənarda saxladı, Baş Prokurorla təlimatlandırılmış vətəndaşlar görüşdürüldü
Ölkə başçısının göstərişinə əsasən nazirlər və komitə sədrləri aprel ayının ikisindən bölgələrdə vətəndaşların qəbulunu keçirməli, onların problemləri ilə maraqlanmalı və öz səlahiyyətləri çərçivəsində mümkün olanlarını həll etməli, mümkün olmayanlar barədə ölkə başçısı qarşısında təkliflərlə hesabat verməlidirlər. Bunun üçün müvafiq qrafik hazırlanaraq cəmiyyətə efir vasitəsilə məlumat verilmişdir. Müraciət edənlər soruşurlar ki, bunu cənab prezident niyə ayın birindən deyil, ikisindən müəyyənləşdirib? Nə bilək, bunun bəlkə də başqa məntiqi cavabı var. Amma bizə elə gəlir ki, aprel ayının biri Aldatma günü olduğundan cənab prezident nazirlərin onu və cəmiyyəti aldada biləcəyindən ehtiyatlanaraq belə bir addım atıb. Bu cavabla qane olmayanlar yazırlar ki, onsuz da həqiqətdə belədir. Guya ki, bölgəyə ezam olunan nazir və komitə sədrləri cənab prezidenti və cəmiyyəti aldatmır? Bir sözlə prezidentin göstərişiylə nazirlər, komitə sədrləri apreldən bölgələrdə şikayətçiləri qəbul etməyə başladılar. Beləcə, vətəndaşın öz dərdini birbaşa ona dərman tapacaq ən yüksəkvəzifəli şəxslərdən birinə açmasına şans yarandı. Şans oldu, bəs nəticə? Fərqli görüş, eyni sonuc? Təbii ki, qəbuldan qəbula fərq oldu. Qəbul vardı ki, vətəndaş məmura çatanadək bir neçə səddi keçməli olur və bəzən heç sonda nazirə yetişmirdi də. Məsələn, götürək aprel ayında Qubada nəqliyyat naziri Ziya Məmmədovla görüşü. Nazirə daha kimlər pənah aparmamışdı – yollardan gileylilər də, işsizlər, xəstələr, pensiyaçılar, kiçik sahibkarlar... Amma görüş otağının qapısı bir çoxlarının, əsasən də birbaşa nəqliyyatdan, nəqliyyat departamentinin işçilərindən şikayəti olanların üzünə bağlı qaldı. Onların dərdinə yerli icra başçısı və ya icra aparatının başqa əməkdaşları əlac tapmalıydı: «İcra başçısı dedi ki, ədəb-ərkanlı olun, yol kəsməyin. Nəyə ehtiyacınız varsa, başqa vaxt gəlin, həll edim. Nazirlə qəbulda yersiz sözlər deməyin» Birsözlə nəqliyyat naziri Ziya Məmmədov aprelin on ikisində Qubada Mədəniyyət evində xala-xətrin qalmasın görüş keçirib, yəni bir neçə nəfəri qəbul edib. Yerli hakimiyyətə tapşırıb ki, yalnız nəqliyyat problemi ilə müraciət edə bilərlər. Kəndlərdən suyu süzülə-süzülə tökülüşüb gələnlər buxarlana-buxarlana geri qayıdıblar. Onun geniş şəraitdə görüş keçirəcəyinə ümid bəsləyərək ümumi salonda gözləyənləri televiziyalardan biri lentə köçürüb və nazirin görüşü kimi efirə buraxıb. Quba rayon icra hakimiyyəti ikinci belə görüş şousunu isə bu gün təşkil edib. Bu dəfə Quba rayonunda Baş Prokuror Zakir Qaralov Şimal bölgəsindən olan vətəndaşların qəbul edib. Quba rayon prokurorluğunda Xaçmaz, Qusar, Şabran, Quba və digər rayonlardan Zakir Qaralovun qəbuluna gələn yüzlərlə şikayətşətçi yıgılıb. Şikayətçıləri rayon prokurorluğunun yaxınlığında yerləşən “Şahdag” mehmanxanasının birinci mərtəbəsindəki çay evində siyahıya alıblar. Maraqlı məqam ondan ibarət idi ki, siyahıya alınan şikayətçilər sonradan rayon prokurorluğunun əməkdaşları tərəfindən inzibati binaya buraxılmadı. Əsl şikayətçi əvəzinə isə rayon prokuroru Nazim Hacıyevin təlimatlandırdığı şikayəçilər qəbula salındı. Ərazi polis tərəfindən xüsusi olaraq nəzarətə götürülüb. Zakir Qaralovun qəbul keçirdiyi əraziyə əsl şikayətçilər deyil öyrədilmiş şikayətçilər buraxılırdı. Rayon prokuroru Nazim Hacıyev şikayətçini öyrədərək qəbula salması gündəmxəbərin nəzərində qaçmadı.Əməkdaşmız bunu foto və video lentə aldı. Qəbula gələnlər xüsusi sorğu suala tututlur və üst başaları axtarılır sonra qəbula salınırdı. Dövlət və regionda fəaliyyət göstərən özəl televiziyalar isə xüsusi olaraq əsl şikayətçiləri deyil,öyrədilmiş şikayətçiləri çəkirdilər.Vətəndaşların ən çox şikayətləri isə bölgənin hakimiyyət nümayəndələrindən idi. Qəbula gələn vətəndaşalr bildirirlər ki, onlar məmurların özbaşnalıgından süründürməçilikdən bölgədəki məhkəmə hakimilərinin ədalətsizlikərindən şikayətçidilər.Vətəndaşların qəbul edən Baş Prokurorun foto və videosunu çəkmək istəyən media nümayəndələrini ilk əvvəl qəbuldan görüntü götürülməsinə icazə verilmədi. Sonradan jurnalistlərin buna görə narazılıqlarını görən prokurorluq əməkdaşalrı Zakir Qaralovun qəbulundan çəkliş çəkliməsinə icazə verdi.Media nümayəndələri 2 dəqiqəlik Zakir Qaralovun qəbulundan görüntü götürdülər.Videonu şərhsiz təqdim edirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?