Ucar rayonunun Qazyan kəndində kütləvi zəhərlənmə baş verib.Kənddən bir ailənin 8 üzvü rayon mərkəzi xəstəxanasına müraciət edib və onlara zəhərlənmə diaqnozu qoyulub.
Məlumata görə, zəhərlənənlər Ələsgər, Teymur, Sərxan, Aygün, Məleykə, Zeynəb, Fuad, Leyla Əliyevalardır. Zəhərlənənlərdən 3-ü azyaşlıdır. Onların bazardan alınan pomidordan zəhərləndikləri bildirilir.
Həkimlərin bildirdiklərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib. Onların qidadan zəhərləndikləri məlum olub. Hazırda xəstəxanada olan şəxslərin vəziyyəti stabildir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?