Avqustun 22-də Siyəzən rayon Mərkəzi Xəstəxanasına qidadan zəhərlənmə ilə 57 nəfər Şabran rayonunun Ağbaş kənd sakinləri gətirilib.
Onlardan 15-i kişi, 24-ü qadın və 18-i uşaq olub. İlkin araşdırmalar zamanı həmin şəxslərin avqust ayının 21-də Siyəzən rayonu ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan (paytaxt salatı) zəhərlənmələri müəyyən edilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?