Ötən gün Bakı şəhərinin Sabunçu rayonunda silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, M.Fətəliyev küçəsində Bakı şəhər sakini Samir Əliyev naməlum şəxslə mübahisə edərkən xuliqanlıq zəminində ov tüfəngindən 2 dəfə atəş açaraq həmyerlisi İlqar Hüseynova məxsus “Opel” markalı avtomaşının arxa şüşəsini sındırıb. Daha sonra o özünə məxsus “Lada-Priora” markalı avtomaşında hadisə yerindən qaçıb.
Hadisə yerinə baxış zamanı 2 ədəd giliz götürülüb.
S.Əliyevin tutulması üçün Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?