Silahlı insident zamanı 1 nəfər ölüb, 1 nəfər yaralanıb
Daxili İşlər Nazirliyi Beyləqan rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, rayonun Aşağı Çəmənli kəndində İmişli rayon sakini 44 yaşlı Fuad Abbasov ov tüfəngindən atəş açaraq Əhmədli kənd sakinləri 32 yaşlı Roman Əhmədov və 43 yaşlı Rafiq Vəliyevə xəsarət yetirib.
Nəticədə R.Əhmədov hadisə yerində ölüb. R. Əliyev xəstəxanaya yerləşdirilib. Hadisəni törədən F.Abbasov tutulub və hadisəni törətdiyi ov tüfəngi ondan götürülüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?