Pulu damda gizlədən qadın polisə yanlış məlumat verib
Azərbaycanda 400 min manatlıq oğurluq hadisəsi olub. Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbərə görə, iyunun 9-da Sabunçu rayonunun Yeni Ramana qəsəbə sakini Nəzarət Xanəhmədzadə 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, qəsəbədəki evindən pəncərədən girmək yolu ilə qardaşı Cəsarətə məxsus, içərisində 187 635 ABŞ dolları, 1500 rubl və 244 309 manat (cəmi 400 min manata yaxın) pul olan seyfin oğurlandığını bildirib.
Aparılmış araşdırmalar zamanı Nəzarət Xanəhmədzadənin seyfi evinin damında gizlətməsi, polisə isə yalan məlumat verməsi müəyyən edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?