GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Ömür bitər, yol bitməz” (Kitabdan parça)

“Ömür bitər, yol bitməz” (Kitabdan parça)

Tarix: 10-06-2013, 16:23 Bölmə :Ölkə Baxış: 1 066
“Ömür bitər, yol bitməz” (Kitabdan parça)

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun elmi işçisi Tahir Qarayev, ədəbi redaktoru Günnur İskəndərovadır. Kitaba tarix üzrə fəlsəfə doktorları Vaqif Abışov və Ramil Ağayev rəy veriblər. Nəşrin sponsoru Qəhrəman Qəhrəmanovdur.

Həcmi 500 səhifədən çox olan kitabda Cəbrayıl Qəhrəmanov doğulub boya-başa çatdığı, hazırda işğal altında olan Laçın rayonunun Güləbird kəndi, kəndin tarixi, adət-ənənələri, kənddə yaşamış nəsillərin şəcərəsi, ayrı-ayrı şəxslər barəsində geniş məlumatlar verib, ermənilərin işğalçılıq siyasətindən, güləbirdli döyüşçülərdən, şəhidlərdən bəhs edib.

Cəbrayıl İsmayıl oğlu Qəhrəmanov 1958-ci ildə Laçın rayonun Güləbird kəndində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1981-1992-ci illərdə Güləbird kənd orta məktəbində fizika müəllimi və tədris işləri üzrə direktor müavini işləyib. Laçın işğalından sonra Bakıda fəaliyyət göstərən Laçın məktəbində pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı, fizikanın tədrisi metodikası sahəsində, təlim və tərbiyənin, təhsilin dünyəvi dəyərlərə əsaslanmaqla, milli zəmində qurulması istiqamətində elmi-tədqiqat işləri aparıb. “Abbasqulu Abbaszadənin elmi-pedaqoji irsi” monoqrafiyasının, “Düşüncələr işığında” kitabının, 40-dan çox elmi, elmi-publisist və metodiki məqalələrin müəllifidir. Hazırda 1998-ci ildə təsisçilərindən biri olduğu “Birlik” hazırlıq kursuna rəhbərlik edir.

“Ömür bitər, yol bitməz”ə yazdığı ön sözdə müəllif bildirir: “2012-ci ilin mart ayı idi. Novruz bayramına az qalırdı. Hər yerdə bayram əhvali-ruhiyyəsi duyulurdu. Tənəffüs vaxtı müxtəlif bölgələrdən olan müəllimlərimiz hərə öz rayonundakı Novruz adətlərindən, uşaq vaxtlarının şirin xatirələrindən danışırdılar...

Axşam işdən qayıdanda yolboyu qəlbimdə “düz iyirminci bahardır ki, Novruz bayramını doğma yurdlarımızda qarşılaya bilmirik” fikrinin ağır təəssüratıyla evə necə gəldiyimi özüm də bilmədim. Kəndimizdəki bayramqabağı ab-havanı, əhvali-ruhiyyəni düşünə-düşünə ta XVII əsrdən üzü bəri ulu Zəngəzur elində, Qarabağ mahalında ad-san qazanmış, neçə-neçə qan-qadalar görmüş Güləbird kəndinin şanlı və keşməkeşli tarixi, son dövrün ağrı-acıları gəlib keçdi gözlərimin qabağından. Həmin axşam Laçın-Kəlbəcər dağlarından ta Araza qədər qədim-qaim yurdlarımıza həyat verən Həkərinin nəğməli sədaları qəlbimə hakim kəsilmişdi... Həmin axşam mənim dərd ortağım, könül həmdəmim saraylara dəvəti qəbul etməyib ömrünün sonunadək Güləbird kəndində yaşamış ünlü sənətkar, bayatı ustadı Sarı Aşıq idi. “Qəm yardan vəfalıdır, heç çevirməz üz məndən”, “Nə Həkəri tükənər, nə səndəki qəm Aşıq”, “Qiyamət o gün qopar, el köçə qala yeri”, “Sənə sənin gen dünyan, mənə doğma Həkərim”, “Bir gününə dözməzdim, oldum illər ayrısı” deyən nakam aşiq, filosof şair, Haqq Aşığı Sarı Aşıq!

Bu təəssüratlarla, kövrək duyğularla mən həmin axşam Sarı Aşıq yurdumun qədirbilən insanlarını, eldə-obada böyük iz qoymuş ağsaqqalları, ziyalıları, qonaqpərvərliyi və qoçaqlığı ilə ad-san qazanmış Güləbird elini, doğma yurdlarımız uğrunda canlarını qurban verən şəhidlərimizi, Qarabağ savaşında fədakarlıqla döyüşən igid oğullarımızı xatırladım... Son iyirmi ildə pərən-pərən düşmüş, hərəsi bir diyarda məskunlaşmış, getdikcə köhnə kişiləri seyrələn, cavanlarının çoxu bir-birini tanımayan, yadlaşan Güləbird camaatı bir-bir gəlib keçdi xəyalımdan...

Bir yaz axşamının qəribliyində bizsiz qalan yurd yerlərimizi, Güləbird haqqında görüb-eşitdiklərimi düşünə-düşünə bir də gördüm ki, bir xeyli xatirə yazmışam. Sonrakı bir neçə gün ərzində yaddaşımdan boylanan bəzi hadisə və əhvalatlar hesabına yazını bir az da genişləndirdim. Belə qərara gəldim ki, kəndimizin tarixi, onun tanınmış və nüfuzlu ağsaqqalları, ziyalıları ilə bağlı, həmçinin Qarabağ savaşında böyük şücaətlər göstərmiş Güləbird kəndinin cəsur döyüşçüləri barəsində silsilə yazılar hazırlayıb mətbuatda dərc etdirim. Ancaq bu yazıların həcmi xeyli böyüdüyündən onları toplayıb kitab halında nəşr etməyi daha məqsədəuyğun hesab etdim”.

Müəllif vurğulayır ki, xalqın varlığının bir hissəsi olan hər bir kənd millətin ruhunu, adət-ənənələrini, tarixini özündə yaşadır: “Bundan əlavə hər bir kəndin özünəməxsus cəhətləri var ki, bunlar da tarixi, etnoqrafik, adət-ənənə və əxlaqi baxımdan ancaq həmin kəndə xasdır. Ona görə də, ayrı-ayrılıqda hər bir kənd haqqında yazılan kitablar məhz bu nöqteyi-nəzərdən, tariximizi, milli xüsusiyyətlərimizi öyrənmək baxımından böyük əhəmiyyətə malikdir. Okeandakı damla bütün okeanın xüsusiyyətlərini əks etdirdiyi kimi bir kəndin tarixi də məhz bir xalq, bir millət haqqında fikir yürütməyə əsas verə bilər”.


Kəndimizi düşünərkən...
(Kitbadan parça)

Böyüyən nəsil keçmişini öyrənməklə, tarixin dərslərindən nəticə çıxarmaqla kamilləşir, inkişaf edir. Odur ki, hər birimiz tariximizi, keçmişimizi mükəmməl bilməklə yanaşı onu müxtəlif vasitələrlə gənc nəslə öyrətməli, təbliğ etməliyik. Bu bizim birinci növbədə vətəndaşlıq borcumuzdur. Xüsusilə də, müvəqqəti olaraq işğal altında olan rayonlarımızın, ayrı-ayrılıqda kəndlərimizin, böyük tarixi keçmişi olan yurd yerlərimizin maddi-mədəniyyət nümunələri, oradakı toponimlər, həmin torpağın yetirmələri haqqında, bu torpaqlar uğrunda canlarından keçmiş igid oğullarımız haqqında müasir nəsillərə bilgilər vermək tarixçilərin, həmçinin o yerlərdə doğulub boya-başa çatan, o yerləri qarış-qarış tanıyan yazarlarımızın müqəddəs vəzifəsi olmalıdır. Çünki bu yazılar doğma yurddan kənarda yaşayan insanların yurda bağlılıq hisslərini möhkəmləndirmək, gənclərin vətənpərvərlik ruhunu diri saxlamaqla yanaşı, gələcəkdə tarixi ədalətin bərpa olunmasında bir yazılı mənbə kimi əhəmiyyətli ola bilər. Odur ki, işğal altında olan ata-baba torpaqlarımız uğrunda bütün vasitələrlə mübarizə aparmalıyıq.


Biz keçmişimizi bilmədən yaşadığımız hazırkı dövrü də düzgün qiymətləndirə və anlaya bilmərik. Keçmiş dedikdə, tarix dedikdə baş verən adi, epizodik hadisə və əhvalatlar nəzərdə tutulmur. Keçmiş əslində insanların, insan qruplarının, müxtəlif xalqların, dövlətlərin, şəhər və kəndlərin üzləşdiyi böhranların, çətinliklərin, habelə qazandığı uğurların salnaməsidir. Bu böhranlar, yaxud qazanılmış uğurlar, bu çətinliklər insanların daha gərgin fəaliyyətinə, böyük mübarizəsinə səbəb olur. Sözsüz ki, bu çətinliklər kimin kim olduğunu, millətin necə millət olduğunu üzə çıxardır, aşkar edir. Belə tarixi məqamlarda müdrik insanlar, dəyərli ziyalılar, sənətkarlar, igidlər, qəhrəmanlar, dəyərli fikirləriylə xalqına xidmət edən söz adamları meydana çıxırlar. Bax, keçmiş budur. Bu baxımdan müəyyən bir bölgənin, hətta bir kəndin də xalqımızın tarixinə yazdığı ibrətamiz səhifələr olur. Bu tarixi səhifələri açıb müasir və gələcək nəsillərə çatdırmaq biz ziyalılar üçün ən vacib məsələlərdən biridir.

Güləbird kəndinin son 300 illik tarixini vərəqləsək, ilk olaraq, bu illərdən yadigar məşhur bayatı ustadı Sarı Aşığın xalqımıza bəxş etdiyi gözəl ədəbiyyat nümunələrinin şahidi olarıq. Bu əlbəttə ki, Güləbird kəndi tarixinin uğurlu səhifəsidir. Kəndimizin sonrakı illərdəki tarixini vərəqləsək, çox keşməkeşli, mübarizəli, çətinliklərlə dolu, böhranlı səhifələrinin də olduğunu görərik. Zaman-zaman Rusiyanın himayədarlığı ilə kəndimizin yerləşdiyi Zəngəzur bölgəsinə ermənilərin köçürülməsi və bu üzdəniraq qonşularımızın rusların dəstəyi ilə Güləbird torpaqlarına təcavüzü, bu toqquşmalarda günahsız insanların öldürülməsi, sovetləşmənin ilk illərində hökumətlə yerli adamların toqquşması, amansız repressiya illəri, İkinci Dünya müharibəsinin ağrı-acıları...

Sonucda bu çətinliklərdən, bu böhranlardan qalib çıxmağın özü elə bir şanlı səhifədir. Sözsüz ki, bu şahlı səhifələri yazanlar kəndimizin dəyərli insanları, mərd oğul və qızlarıdır. Bax bizim də vəzifəmiz bu şanlı səhifələri yazanları unutmamaq, tarixin səhifələrində yaşatmaq, onlardan yazmaqdır.

Son Qarabağ savaşındakı itkilərimiz, mübtəla olduğumuz didərginliyimiz də ibrət götürüləsi, yazılası bir tarixdir. Şahid olanlar bilirlər ki, Güləbird, eləcə də digər kəndlərimiz düşmənlə sona qədər mərdliklə, qəhrəmanlıqla döyüşdü. Bu döyüşlərdə Vətənini canından çox istəyən neçə-neçə oğul və qızlarımız şəhid oldu, Milli Qəhrəman səviyyəsinə yüksəldi. Bax bu insanları gənclərimizə, ümumən, xalqımıza tanıtmaq, təbliğ etmək gündəlik qayğılarımızdan olmalıdır.

Yaxşı bir ifadə var: Vətən sadəcə ərazi deyil, o ərazidəki talelərin məcmusudur. Bu, həqiqətən də, belədir. Vətən deyəndə, doğma yurd yeri deyəndə müəyyən sərhədlər daxilindəki ərazilərlə yanaşı, bu torpaqda uyuyan babalarımızın, ulularımızın taleyi, bu torpaqları qoruyan, bu torpaqlar uğrunda canlarını qurban verən oğullarımızın taleyi, bu ərazidə dilimizi, dinimizi, adət-ənənələrimizi qoruyan insanlar və onların gördüyü müqəddəs işlər gəlir gözümüzün qabağına. Hətta Vətəndən uzaqlarda yaşayan hər bir qeyrətli soydaşımız da Vətənimizin bir parçasıdır. Şair dediyi kimi, “Füzulinin məzarı da Vətəndir!”

Bu baxımdan işğal altında olan hər bir rayonun, hər bir kəndin əli qələm tutan ziyalıları, tədqiqatçı alimləri, yazıçı-publisistləri, şairləri o yerlərin təbiəti, toponimləri, tarixi abidələri, əzəli Azərbaycan torpaqları olması, qəhrəmanları, ziyalıları, mötəbər ağsaqqalları, adət-ənənələri, mərasim və ayinləri, inancları haqqında oçerklər, kitablar, tədqiqat əsərləri yazmalı, gənc nəsli doğma yurdlara bağlılıq ruhunda tərbiyə etməlidir.

Bəlkə də, belə düşünənlər ola bilər ki, oçerk yazmağın, şeir yazmağın zamanı deyil. Əsas məsələ torpaqlarımızı işğaldan azad etməkdən ibarət olmalıdır. Əslində elə gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edən belə əsərlərin, kitabların yazılması Qarabağ uğrunda mübarizənin tərkib hissəsidir. Gənclər bu səpkidə yazılan kitabları oxuduqca, dərk edirlər ki, bizim necə qədim tarixə malik olan yurdlarımız olub, bu torpağın var-dövlətinə göz dikən, erməniləri zaman-zaman bu torpaqlara köçürüb və həmişə də arxasında dayanan necə məkrli düşmənlərimiz olub və bu gün də var. Bu baxımdan doğma kəndim olan Güləbird haqqında bildiklərimi, eşitdiklərimi müasir və gənc nəsillərə, xüsusilə də, əslən Güləbirddən olub Güləbirdi görməyən, işğaldan sonra dünyaya gələn övladlarımıza çatdırmağı özümə borc bilirəm. Belə demək mümkünsə, çalışacağam ki, əslən Güləbird kəndindən olan, Bakıda, Sumqayıtda dünyaya gələn gənclərimizin, ümumilikdə isə Güləbirdi tanımayan soydaşlarımızın qəlbində bir Güləbird obrazı yaradam.

Mənim fikrimcə, birincisi, bu obrazı o dağlarda yaşamış saf təbiətli, məğrur insanların timsalında, bu insanların məşğuliyyəti, xarakterik cəhətləri, adət-ənənələri fonunda yaratmaq lazımdır ki, gənclər öz dədə-babalarını yaxından tanısınlar.

İkincisi, çalışacağam ki, Güləbirdi bir coğrafi, tarixi məkan kimi, ulu babalarımızın yaşadığı əzəli Azərbaycan torpaqları kimi gənclərimizə tanıdam.

Deyir, şər deməsən xeyir gəlməz. Ola bilər ki, öz yurd-yuvasından didərgin düşmüş insanların doğma yurdlarına qayıdışı bir-iki ilə yox, daha gec ola bilər. Sözsüz ki, həmin dövrdə vaxtilə Güləbirddə yaşamış orta və yaşlı nəsil olmayacaq. Doğma yurda qayıdan gənclər isə yaşadıqları yerin dağlarının, dərələrinin, bulaqlarının, tarixi abidələrinin (əgər ermənilər bu abidələri vandalcasına dağıtmayıblarsa) adlarını bilməyəcəklər. Sözsüz ki, onlar bu yerlərə yeni adlar qoyacaqlar. Ancaq bu yeni adlar həmin yerlərin qədimliyini, tarixiliyini, vaxtilə burada yaşamış insanların yaşam tərzini və digər atributları mahiyyət etibarilə doğru əks etdirməyəcək. Ona görə də, biz indiki orta və yaşlı nəsil doğma yerlərimizin hər dağ-dərəsini, tarixi abidələrini, onların adlarını, yaranma tarixlərini bilən bir adi vətəndaş, yaxud alim-tədqiqatçı kimi, yazıçı-publisist kimi yurd yerlərimiz və onların maddi-mədəniyyət nümunələri haqqında məqalələr, oçerklər yazmalı və gənc nəslə çatdırmalıyıq.

Düzdür, Qarabağla, habelə işğal olunmuş, əzəli Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, Borçalı, Dərbənd, İrəvan və başqa yerlərlə bağlı dəyərli tarixi, elmi-publisistik əsərlər, romanlar yazılıb və yazılmaqdadır. Amma bu işi böyük miqyaslı ərazilərlə yanaşı, rayon və kəndbəkənd incə ştrixlərinə qədər-dağlarına, dərələrinə, bulaqlarına, meşələrinə, yaylalarına qədər, buradakı insanların yaşam tərzinə qədər incələmək maraqlı və məqsədəuyğun olardı.

Qeyd etmək istərdim ki, Laçın rayonu, mənim anadan olduğum Güləbird kəndi və onun əhatə etdiyi ərazilərdə mövcud olan yer adları, tarixi abidələr haqqında, rayonumuzun və Güləbird kəndinin Milli Qəhrəmanları, şəhidləri haqqında az da olsa müəyyən işlər görmüş, kitablar çap etdirmiş həmkəndlilərim Səbahəddin Eloğlunun, Rövşən Atakişioğlunun, Ramiz Qənimətoğlunun, Hilal Salahovun, Zahir Abbasın, Əlibala Ağayevin, habelə Laçın rayonundan olan Hüseyn Kürdoğlunun, Faiq İsmayılovun, Ziyadxan Nəbibəylinin, Maarif Köçkünün, Rəhman Bəhmənoğlunun, Bəhmən Laçınsızın adlarını çəkmək istərdim. Bu müəlliflərin yazıları əsasən bədii və publisistik yazılardı. Mənə belə gəlir ki, bunlar çox azdı və yetərincə deyil. Gənc nəsli doğma torpaqlarımıza bağlamaq, onlarda vətənpərvərlik hissləri oyatmaq üçün bu qədim yerlərin tarixi haqqında araşdırmalar aparmaq, doğma yurddakı hər daşın, hər qayanın tarixini yazmaq lazımdır. Çünki bu yerlərin hər daşında, hər qayasında ulu babalarımızın, bu torpaq uğrunda canından keçən neçə-neçə mərd oğullarımızın ayaq izləri var, nişanələri var.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputata vəzifə verildi

    Deputata vəzifə verildi ...

    5-11-2014, 19:04

  • 
  • NEKROLOQ

    NEKROLOQ ...

    25-05-2016, 17:29

  • 
  • AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı

    AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı ...

    15-01-2014, 16:27

  • 
  • İşdən çıxarılan rektor: “Almaniyaya gedəcəm”

    İşdən çıxarılan rektor: “Almaniyaya gedəcəm” ...

    9-12-2013, 13:25

  • 
  • 10-lar kimlərdir?

    10-lar kimlərdir? ...

    15-09-2013, 11:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu