Azercell-in Barama Innovasiya mərkəzinin dəstəyilə Bakıda ilk dəfə qlobal formatlı “Start-up Weekend” tədbiri keçirildi. 7-9 iyun tarixlərində baş tutmuş tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində öz layihələrini tam formalaşdıraraq artıq işlək halda təqdim etməsidir. Prosesin effektivliyini təmin etmək üçün iştirakçılar bu sahədə xüsusi peşəkarlar tərəfindən təlimatlandırıldı. Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanaraq sahibkarlar, start-up müəllifləri, marketoloqlar, dizaynerlər və proqramçılar komandalarda bir araya gələrək start-up-larla münsiflər qarşısında təqdimatlar etdilər.
Məlumat üçün bildirək ki,“Baku Start-up Weekend” müstəqil mütəxəsislər tərəfindən və Start-up Weekend qlobal forumu tərəfindən təşkil edilir. “Start-up Weekend” proqramı start-up yaradılması və dünya sahibkarların maarifləndirməsində aparıcı katalizatorlardan biridir. Məqsəd sahibkarları maarifləndirmək və həvəsləndirmək, onlara start-up-ların yaradılmasında zəruri motivasiya və bilgiləri təqdim etməkdir. Qeyd edək ki,“Start-up Weekend” dünyada 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilib və bu foruma ümumi olaraq 100 000-dən artıq sahibkar cəlb edilib. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaradılaraq uğurla fəaliyyət göstərməkdədir.
“Baku Start-up Weekend” haqqında daha ətraflı məlumatı http://baku.startupweekend.org ünvanından əldə edə bilərsiniz.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz. “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?