Türkiyənin aparıcı investor və mentorları gənc Azərbaycan sahibkarları ilə bir araya gəldilər Azercell gənclərin yeni biznes ideyalarına dəstək verməyə xüsusi önəm verir. Şirkətin “Barama” İnnovasiya Mərkəzi gənc mütəxəssislərə öz ideyalarını reallaşdırmaq, mobil və informasiya texnologiyaları əsasında biznes qurmaq üçün şərait yaradır. Start-up biznes ideyalarına dəstək üçün Azercell tərəfindən keçirilən silsilə tədbirlərdən biri də iyul ayının 6-da Bakıda təşkil edilmişdir. Bu dəfə, Türkiyədə bu sahədə tanınmış e-Toxum layihəsinin üzvləri ilə Azərbaycanın gənc İT sahibkarlarının birgə görüşü keçirilmişdir. Gənclərin maariflənməsinə yönələn bu tədbirin məqsədi İKT sahəsindəki şirkətlərin sayını artırmaq, gənc sahibkarları dəstəkləmək, internet iqtisadi bazarının yaradılması və inkişafı üçün sahibkarlarla investorlar arasında əlaqə qurmağı təmin etməkdir. Azərbaycan startup-ları üçün mentorluq sessiyası zamanı iştrakçılar öz layihələrinin investorlar qarşısında təqdimatını keçirib, həmçinin onlarla biznes strategiyası, potensial imkanlar haqqında müzakirələr aparıblar. eToxum qurulduğu gündən ötən 5 il ərzində 40-dan çox özəl investorla əməkdaşlıq edərək 200-ə yaxın layihəyə dəstək vermişdir. Bu layihələr arasında Türkiyənin qabaqcıl internet şirkətləri də vardır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz. “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?