Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə Fələstin xalıqna dəstək konfransında arzuolunmaz hadisə yaşanıb.
Avropa.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, tədbirdə fasilə zamanı jurnalistlər rəsmilərdən açıqlama almaq istəsələr də Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəhbəri Pərvin Mirzəzadə media təmsilçilərini təhqir edərək, onlara qarşı kobud davranıb.
O, jurnalistlərin açıqlama almasına imkan verməyərək, qışqıraraq, mətbuat təmsilçilərinin bayıra atılmasını mühafizə xidmətindən tələb edib. "Jurnalistləri burdan rədd edin", tələbindən sonra mühafizə xidməti media nümayəndələrini içəridən çıxarıb. Bu da jurnalistlərin narazılığına səbəb olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?