İranın Daxili İşlər Nazirliyinin bəyanatına əsasən, səslərin hesablanmasına başlanıb İranda prezident seçkilərində səsvermə vaxtı bitib. Bu barədə Trend-in Tehrandakı xüsusi müxbiri İran Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
İranın Daxili İşlər Nazirliyinin bəyanatına əsasən, səslərin hesablanmasına başlanıb.
İranda 11-ci prezident seçkiləri başlayıb. Seçkilər yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 08:30, Qrinviç üzrə saat 04:30) başlayıb.
İranlılar ölkə üzrə 66 min seçki məntəqəsində prezidentliyə namizədlərə səs verə bilərlər. Seçicilər indiki Prezident Mahmud Əhmədinejadın xələfini seçəcəklər. Ölkə Konstitusiyasına əsasən, Əhmədinejad üçüncü müddətə seçilə bilməz.
İran Prezidenti 4 il müddətinə seçilir. İranda prezidentliyə namizədlər Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qərəzi və Əli Əkbər Vilayətidir.
Təqribən 50,5 milyon iranlının prezident seçkilərində səs vermək hüququ var. Digər dövlətlərdə yaşayan İran vətəndaşları İranın həmin ölkələrdəki səfirliklərində açılan məntəqələrdə səs verə bilərlər.
İyunun 14-də keçiriləcək prezident seçkilərinin əsas nəticələrini İranın Daxili İşlər Nazirliyi elan edəcək, sonra isə Keşikçilər Şurası təsdiq edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?