İranda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı artıq 144 nəfərə çatıb. Gündəm Xəbər saytının məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, İranda prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydiyyata alınması mayın 7-də başlayıb. Belə ki, qeydiyyatın ilk günündə 75 nəfər seçkilərdə iştirak etmək üçün namizəd kimi qeydiyyata alınıblar. Onlardan 5 nəfəri ölkədə tanınmış siyasi və ictimai xadimlərdir. Qeydiyyatın ikinci günündə isə daha 69 nəfər namizəd kimi qeydə alınıb. Onların arasında daha əvvəl İran siyasətində o qədər də gözə çarpmayan 2 qadın siyasətçi də var.
İran Konstitusiyasına uyğun olaraq, prezident seçkiləri gizli səsvermə yolu ilə keçirilir. Prezident seçkilərinə isə namizədləri iştirak etməyə tələblərə uyğun olaraq İranın Müşahidə Şurası icazə verir.
Qeyd edək ki, 2009-cu ildə keçirilən son prezident seçkilərində 475 namizəd qeydə alınmışdı. Ancaq onlardan yalnız 4 nəfəri Müşahidə Şurası tərəfindən təsdiqlənmişdi.
İranda prezidentliyə namizədlərin qeydiyyatının son günü 11 may tarixidir. Prezident seçkilərində iştitak üçün təsdiqlənən namizədlərin adları isə 22-23 may tarixində ölkənin Daxili İşlər Nazirliyi tərəfindən baş tutacaq. Ölkədə keçirilən prezident seçkiləri isə 14 iyun tarixinə nəzərdə tutulub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?