DİSK (İnqlabçi Zəhmətkeş Həmkarlar İttifaqı), KESK (İctimai Zəhmətkeşlər Həmkarlar İttifaqı), TMMOB (Türkiyə Mühəndis və Memarlar Palatası Şurası), TTB (Türkiyə Təbiblər Şurası) və TDB (Türkiyə Diş həkimləri Şurası) qəbul etdikləri ortaq qərarla sabah bütün Türkiyədə tətil elan ediblər. Qərarla bağlı açıqlamada bildirilib ki, sabah təcili xidmət sahələrinin xaricində bu ittifaqlara bağlı olan işçilər 1 günlüyə əmək fəaliyyətlərini dayandıracaqlar. Bundan başqa 5 həmkarlar ittifaqının üzvləri sabah üçün meydanlara nümayişlərə çağırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?