Həmkarlar İttifaqının qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun iddialarına Həmkəralar İttifaqı Konfederasiyasından münasibət bildirildi.
Həmkarlar İttifaqı Konfederasiyasının mətbuat xidmətinin rəhbəri Nazim Ağamirovla Qarabağ qazisi ilə məhkəmə çəkişməsinə “Axar.az”da aydınlıq gətirdi:
“Bu məsələ 2010-cu ildə bitib. Həsənovun iddiaları ilə bağlı şikayətə məhkəmə instansiyalarında baxılıb və qərarlar çıxarılıb. Nəhayət, Apelyasiya Məhkəməsi həmin qərarları qüvvədə saxlayıb və Zaur Həsənovun torpaq sahəsinə iddiaları haqsız hesab edilib. Bununla da məsələ Həmkarlar İttifaqı Konfederasiyasının xeyrinə yekunlaşıb”.
Sorğu
Yeni dizaynımız necədir?