ABŞ kəşfiyyatı Dmitri Medvedevin 100-dən çox zəngini qeydə alıb
Rusiya Federasiyasının sabiq prezidenti Dmitri Medvedevin telefon danışıqları ABŞ kəşfiyyat orqanları tərəfindən dinlənilirmiş.
Bu barədə məlumatı "The Guardian" qəzeti yayıb. Qəzetin məlumatına görə, 2009-cu ildə "Böyük iyirmiliy"in sammitində iştirak edən prezident Medvedev və onun ətrafındakı rəsmilərin etdiyi istənilən beynəlxalq zənglər izlənilib. Məlumatların peyk vasitəsilə həyata keçirildiyi və 100-dən artıq zəngin qeydə alındığı bildirilir.
Nəzarətə götürülən telefon zənglərinin hamısının dinlənilib-dinlənilməməsi haqqında isə heç bir məlumat verilmir. Qəzetin məlumatına görə, əldə edilən informasiyalar Amerika Mərkəzi Kəşfiyyat orqanlarına o qədər də lazım olmayıb. Görünür, prezident vacib söhbətlərini telefonla etmirmiş.
"The Guardian"nın məlumatına görə, eyni hadisə müxtəlif illərdə Türkiyə və Cənubi Afrika rəsmilərinin də başına gəlib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?