Prezident Obama kanslerə ABŞ-ın onun danışıqlarını dinləmədiyini və bundan sonra da dinləməyəcəyinə inandırıb
Dünya ABŞ xüsusi xidmət orqanlarının telefon danışıqlarını kütləvi şəkildə dinləməsi ilə bağlı daha bir qalmaqal üzər çıxıb. Bu dəfə Almaniya kansleri Angela Merkelin telefon danışıqlarının izləndiyi ilə bağlı ehtimallar ortaya çıxıb. Kansler artıq ABŞ prezidenti Barak Obamaya zəng edərək, casusluqla bağlı belə hərəkətləri qəti şəkildə pislədiyini, onların yolverilməz olduğunu deyib. Angela Merkel Amerika rəhbərliyinin belə dinləmələrinin həcmi barədə Berlinə izahat verməsini istəyib. Ağ ev rəsmisi, ABŞ-Almaniya liderləri arasInda bu mövzuda telefon danışığının olduğunu təsdiqləyib. ABŞ prezidentinin mətbuat katibi Cey Karninin sözlərinə görə, Obama alman kansleri əmin edib ki, ABŞ orqanları onun mobil telefonunu güdmür.
“Prezident Obama kanslerə ABŞ-ın onun danışıqlarını dinləmədiyini və bundan sonra da dinləməyəcəyinə inandırıb. Birləşmiş Ştatlar müxtəlif təhlükəsizliklə bağlı məsələlərdə Almaniyanın bizimlə yaxın tərəfdaşlığına yüksək qiymət verir. Prezidentin dediyi kimi, ABŞ bütün vətəndaşların təhlükəsizliyi üçün kəşfiyyat fəaliyyəti və bütün insanların şəxsi həyat hüququnun qorunması arasında düzgün balanslaşdırılmış siyasətə nail olamağa çalışır”.
Bir neçə gün bundan əvvəl isə Fransanın Le Monde qəzeti ABŞ xüsusi xidmət orqanlarının 30 gün ərzində 70 milyondan çox telefon danışığını izlədiyi barədə məlumat dərc etmişdi. Məqalə ABŞ-ın ən yaxın tərəfdaşlarından olan Fransa hökumətini qəzəbləndirmişdi.
Sorğu
Yeni dizaynımız necədir?