GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 2-ci qrup Qarabağ əlili məmur özbaşınalığının “qurbanı olub” -ŞOK OLAY

2-ci qrup Qarabağ əlili məmur özbaşınalığının “qurbanı olub” -ŞOK OLAY

Tarix: 8-11-2017, 17:34 Bölmə :Ölkə Baxış: 578
2-ci qrup Qarabağ əlili məmur özbaşınalığının “qurbanı olub” -ŞOK OLAY


Əlillər dövlətin hesabına mənzillə təmin olunurlar. I və II qrup əlillərə yaşadıqları dövlət və ictimai mənzil fonduna məxsus mənzilləri pulsuz şəxsi mülkiyyətinə keçirmək hüququ verilir


Hər kəsə bəllidir ki, bütün müharibələr dövründə əsas məsuliyyət yükü, məhz silahlı qüvvələrin şəxsi heyyətinin üzərinə düşür. Davam edən müharibələrin qanlı-qadalı anlarında yaralananlar da, dünyasını dəyişənlər də, bu və ya digər səbəblər üzündən əsir düşənlər də, bir sözlə bütün məhrumiyyətlərin ağrılı-acılı anları ilə üz-üzə qalanlar, əksər hallarda hərbiçilər olurlar. Belə bir səbəblər üzündən də, dövlətin müəyyən qurumları tərəfindən silahlı qüvvələrə verilən bir çox təminolunmalar və güzəştlər, cəmiyyətin digər üzvlərinə verilən təminolunmalardan və güzəştlərdən hər zaman xeyli fərqlənib. Adicə bir missal çəkək. Qardaş Türkiyə Respublikasında silahlı qüvvələrə yanaşma olduqca yetərincədir, qonşu İran İslam Respublikasında şəhid ailə üzvlərinə göstərilən diqqət və qayğının bənzəri yoxdur. Ümumiyyətlə, bu yöndə misalları çox çəkə bilərik. Bəli, Azərbaycan Respublikasında da silahlı qüvvələrimizin üzvləri ilə, ordudan təxris olunanlarla, müharibə illərində əlil olanlarla, itgin düşənlərlə, şəhid ailəsi üzvləri və s, ilə bağlı mükəmməl qanunların varlığına baxmayaraq, bu gün onların icrası zamanı qanunsuzluqlara yol verilməsi üzündən, əksər hallarda xoşagəlməz problemlər də əmələ gəlir. Dəfələrlə Dağlıq Qarabağ müharibəsinin odu-alovu içərisindən keçən, olmazın iztirablarla üz-üzə qalan, bu gün də bədənində qəlpə gəzdirən Nəcəfov Rafiq Əsgər oğlunun danışdıqlarını dinlədikcə öz-özlüyümüzdə təəssüflənirik, sanki gələcəyə bəslədiyimiz ümidimizi itiririk.

2-ci qrup Qarabağ əlili məmur özbaşınalığının “qurbanı olub” -ŞOK OLAY


Hal-hazırda adı çəkilən şəxs Bakı şəhəri, Pirallahı rayonu Səməd Vurğun küçəsi ev-54, mən-4 ünvanda qeydiyyatdadır və 2-ci qrup Qarabağ müharibəsi əlili olmaqla bərabər, həm də müharibə veteranıdır. Vaxtilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə yaralanan, bu gün isə bir çox təminolunmaların və imtiyazların şamil olunduğu Nəcəfov Rafiq Əsgər oğlunu bir kimsə eşitmir, problemləri həll olunmur, aidiyyəti qurumlara ünvanladığı müraciətləri isə sanki “divara dəyib sifətinə yapışır”. Belə bir səbəblər üzündən də, bir neçə gün bundan əvvəl adı çəkilən şəxs “Gündəm Xəbər”ə ünvanladığı müraciətində yazır ki, “2015-ci ilə kimi bizim ailə həyat yoldaşım Nəcəfova Esmira İmamverdi qızının adına olan və yuxarıda qeyd olunan ünvanda yerləşən evdə yaşadı. Həmin ilin oktyabr ayında Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov bir neçə nəfərlə yaşadığımız ünvana gələrək “yaşadığınız evin bir otağı ölkə rəhbəri cənab İlham Əliyevin müvafiq sərəncamı əsasında, yeni çəkilən maqistral yola düşdüyü üçün mütləq sökülməlidir” dedi. Həmin vaxt ona bildirdim ki, əgər belə bir addım atılarsa o zaman yaşadığımız evin cəmi 7 kvm sahəsi qalacaq. Heç düşünürsünüzmü ki, ümumi sahəsi 7 kvm olan otaqda 9 nəfərlik ailə üzvləri yaşaya bilərlərmi? Dərhal Vəzir Səfıxanov ünvanladığım suala “Ola bilsin ki, ölkə rəhbəri cənab İlham Əliyev sizin 2-ci qrup Qarabağ müharibəsi əlili olmağınızı nəzərə alacaq və sizə ya kompensasiya, ya da ki, yeni mənzil verilməsi barədə müvafiq tapşırığını verəcək. O halda həmin mənzildə ailənizlə birlikdə rahat yaşaya biləcəksınız” deyə cavab verdi. Təəssüflər olsun ki, Pirallahı rayon İcra Hakimiyyəti səlahiyyətlisinin söylədiklərindən iki ildən bir qədər çox vaxt keçsə də, bu günə kimi mənə nə kompensasiya, nə də mənzil veriblər.

2-ci qrup Qarabağ əlili məmur özbaşınalığının “qurbanı olub” -ŞOK OLAY


Ötən müddət ərzində dəfələrlə aidiyyətı üzrə dövlət qurumlarına müraciətlər etmişəm. Hər dəfə mənə ya kompensasiya, ya da ki, mənzil veriləcəyi vədini versələr də, verilən vədlər boş-boş illüziyalardan başqa bir şey olmayıb. Baxmayaraq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə bağlı əlil olmuş şəxslərin də, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı var. Yəni, sərəncamda həmin şəxslərin dövlət hesabına mənzillə (fərdi evlə) təmin olunmaq üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülmələri qeyd olunub. Bu kateqoriyadan olan şəxslərin mənzil növbəsinə götürülməsi, növbələrinin dəyişdirilməsi və ləğv olunması, müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin səlahiyyətinə aid olan məsələdir. İmzalanmış belə bir sərəncamın varlığına baxmayaraq, hələ 2016-cı ildə mənzillə bağlı deyil, adicə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması üçün, Pirallahı rayon İcra Hakimiyyəti Aparatına etdiyim müraciətimə 29 iyun 2016-cı il tarixdə N-13-113 saylı məktubla cavab verilmişdi. Həmin məktub RİH başçısının birinci müavini Vəzir Səfixanovun imzası ilə təsdiq olunmuş və torpaq sahəsinin ayrılması üçün, məhz qanunvericilikdə nəzərdə tutulmuş sənədləri icra hakimiyyətinə təqdim etməyim də tövsiyyə olunmuşdu. Təəssüflər olsun ki, həmin vaxt istənilən sənədləri RİH Aparatına təqdim etsəm də, ötən müddət ərzində qarşı tərəfdən nə bir səs çıxdı, nə də ki, bir soraq eşidildi. Bu da onu söyləməyə əsas verir ki, qarşı tərəfin mənim müraciətimə yanaşması olduqca səthi, olduqca lüzumsuz yanaşma olub.

2-ci qrup Qarabağ əlili məmur özbaşınalığının “qurbanı olub” -ŞOK OLAY


Bundan əlavə, əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu da qəbul olunub ki, həmin qanunun 43-cü maddəsində qeyd olunur: Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I və II qrup əlillərə yaşadıqları dövlət və ictimai mənzil fonduna məxsus mənzilləri, pulsuz şəxsi mülkiyyətə keçirmək hüququ verilir. Mənzil bölgüsü zamanı yerli hakimiyyət orqanları, müəssisələr, idarə və təşkilatlar əlillərin iş yerlərinin, qohumlarının yaşayış yerlərinin, bərpa müəssisələrinin yaxınlığında mənzillər ayrılmasına olan tələbatı nəzərə alırlar. Tibbi göstərişlərə və arzularına uyğun olaraq əlillərə yaşayış evlərinin aşağı mərtəbələrində mənzil verilir (və ya dəyişdirilir). Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir.

2-ci qrup Qarabağ əlili məmur özbaşınalığının “qurbanı olub” -ŞOK OLAY


Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. I və II qrup əlillər mənzil-kommunal xidmətləri haqqının 50 faizini, III qrup əlillər isə 75 faizini ödəyirlər. Müharibə əlilləri, onlara bərabər tutulanlar və I qrup işləməyən əlillər ev kirayəsi verməkdən azaddırlar. Bütün bunlardan əlavə, 1996-cı ildə imzalanmış “Torpaq İslahatı Haqqında” Qanunun 14-cü maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri də bir dəfə pulsuz verilir.
Qanunun belə bir tələbinə baxmayaraq, hazırda mənim nə kompensasiya, nə mənzil, nə də ki, hər hansı torpaq sahəsi ilə təminolunmağımdan söhbət belə getmir. 1992-ci ildə müharibənin ağrılı-acılı çağlarında güllə yarası aldığımdan, bu gün səhhətim günü-gündən ağırlaşır. Mütəmadi olaraq müalicə olunsam da, bədənimdəki qəlpə yarası sağalmır. Ötən 25 il ərzində bədənimdə olan qəlpələrin bir neçəsi çıxarılsa da, bu gün birini çıxartmaq müşkül məsələyə çevrilib. Yəni, həkimlər nə qədər çalışsalar da heç bir əlac edə bilmirlər. Hətta, onlar “bu qəlpəni çıxartmaq heç cür mümkün deyil, o sənin həyatının sonu ola bilər” deyirlər. Bu yaxınlarda müalicə olunmuşam, evimiz olmadığından ailə üzvlərimiz pərən-pərən düşüblər və kirayələrdə yaşayırlar. Mən bu gün nə edəcəyimi heç cür müəyyən edə bilmirəm. Bildiyim həqiqət isə ondan ibarətdir ki, əgər mənə qarşı haqsızlıq edən vəzifəli ºəxslər öz bürokratik əməllərindən əl çəkərlərsə, o halda haqqım-hüququm tapdanmaz. Axı, mən nə günah etmişəm? Zamanında Vətən torpaqlarının bütövlüyü uğrunda vuruşmuşam, soyuq səngərlərdə yatmışam, bəzən az-susuz qalmışam, bədənimin müxtəlif hissələrindən yaralanmışam. Bəlkə də, bu gün mənə qarşı haqsızlıq edən vəzifə sahiblərinin əksəriyyəti, DQ müharibəsinin davam etdiyi bir zamanda bu ölkədə olmayıblar. İndi isə vəzifə başındadırlar”.
Bəli, bu gün atəşkəs dövründə yaşayırıq, amma DQ müharibəsi tam başa çatmayıb. Belə bir səbəb üzündən də, hələ bundan sonra Azərbaycan Silahlı Qüvvələrinin atacağı addımlar çox olacaq. Düzdür, Azərbaycan tərəfi hər zaman problemin sülh yolu ilə, danışıqlar masası arxasında həllinə tərəfdar olsa da, düşmən tərəf hələ ki, çirkin niyyətindən əl çəkmək fikirində deyil. Lazım gəldikdə problemin ədalətli həlli, növbəti müharibədən də keçə bilər. Ona görə də bu gün “isti kreslo”larında əyləşən vəzifə sahibləri 1992-1993-cü illərin qanlı-qadalı anlarında iştirak edən hər bir əlilə, veterana, şəhid ailəsinə və s. diqqətlə yanaşmalıdır ki, sonrakı nəsllərdə ruh düşkünlüyü yaranmasın, inamsızlıq hissi formalaşmasın. O halda sual oluna bilər ki, sağlamlığını torpaqlarımızın bütövlüyü uğrunda qurban verən, əlil olan, DQ müharibəsi veteranı adını daşıyan Nəcəfov Rafiq Əsgər oğluna qarşı Pirallahı rayon İcra Hakimiyyəti Aparatı tərəfindən bəslənilən ögey münasibətin, sayğısızlığın kökündə nələr dayanır? Bəlkə bu şəxs bu Vətənin oğlu olmayıb, torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığından keçməyib? Əziz dostlar! Odur ki, gəlin birlikdə düşünək, yaşananlara birlikdə münasibətimizi bildirək. Bəlkə...
Mövzunu diqqətdə saxlayacağıq.

Cəfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan ...

    1-11-2017, 18:22

  • 
  • Martın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait

    Martın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna ...

    1-03-2017, 13:45

  • 
  • Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait AÇIQLANDI

    Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan ...

    2-06-2016, 16:00

  • 
  • Ordunun yardım fonduna nə qədər vəsait yığılıb? - Rəsmi

    Ordunun yardım fonduna nə qədər vəsait yığılıb? - ...

    9-01-2014, 13:27

  • 
  • Səməd Seyidov “Bu ordu bir qrup silahlı quldurdan ibarətdir”

    Səməd Seyidov “Bu ordu bir qrup silahlı quldurdan ...

    12-11-2013, 13:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu