Azərbaycan və Türkiyənin bayraqları müqəddəsdir. Odur ki, bu bayraqları heç vaxt heç kəs tapdalaya bilməz. Ermənilər bu cür məntiqə sığmayan hərəkətləri ilə bir daha onu göstərirlər ki, Ermənistan tərəfi sülhə hazır deyil, öz üzərinə götürdüyü öhdəlikləri icra edə bilmir”.
Modern.az bildirir ki, bu sözləri Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov erməni əsgərlərinin dövlət bayrağına hörmətsizliyini əks etdirən kadrlaraı şərh edərkən bildirib.
Deputatın sözlərinə görə, Ermənistan bu cür hərəkətləri ilə regionda distabilizasiya faktoru kimi özünü bütün dünyaya nümayiş etdirir. “Əminəm ki, ermənilər ordu daxilində belə bir məsələləri həyata keçirirlərsə, deməli həmin ordu bir qrup qanunu pozan və başqa dövlətin torpağını işğal etmiş insanlar kimi qiymətləndirilməlidir. Bu o deməkdir ki, Ermənistanda sözün əsl mənasında ordu yoxdur. Ermənistan ordusu bir qrup silahlı quldurdan ibarətdir. Bunlar əllərinə silahları götürüb başqa dövlətlərin bayraqlarını təhqir edirlər”-deyə S.Seyidov qəzəbli şəkildə vurğulayb. “Mən də baxdım bu kadrlara. Bilirsiniz, bütün bunlara bir söz demək olar. Bütün bunlar gücsüzlüyün əlamətidir. Yəqin ki, erməni əsgərinin gücü yalnız buna çatır. Ona görə də televiziyada göstərməkdən başqa heç bir imkanı və əlacı qalmır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?