Bir sıra funksiyalara malik cihazlar yalnız magistral yollarda quraşdırılır
Sürət həddinin aşılması respublika üzrə 51% təşkil edir. Bu kimi faktların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülməyə başlanılıb. Azərbaycana da sürət həddini təyin edən yeni cihaz gətirilib. Bu cihaz bir sıra funksiyalara malikdir və yalnız magistral yollarda quraşdırılır. BDYPİ-nin rəhbəri Vaqif Əsədovun sözlərinə görə, bu cihazların aeroport istiqamətində, Fəhlə prospektində qurulması nəzərdə tutulub.
BDYPİ-nin əməkdaşları tərəfindən keçirilən reyddə cihaz vasitəsilə Səbayıl rayonu Bibiheybət yolunda 1 saat ərzində sürət həddini aşan 130 sürücü saxlanılıb. Saxlanılan sürücülərin barəsində yerindəcə protokol tərtib edilir. Lakin polisin saxlama əmrinə tabe olmayanlar sürücülər də olub. Qanunun tələbinə uyğun olaraq, qaydaları pozan sürücülərə 50 manatdan başlayaraq cərimələr tətbiq olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?