İstirahət mövsümü başa çatanadək mütamadi olaraq reydlər keçiriləcək
Nabranda sərxoş sürücülərə qarşı reyd keçirilib. Reyd zamanı 52 sürücüyə protokol tərtib olunub. Gecə saatlarında baş tutan reydin keçirilməsində əsas məqsəd baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq olub. Reyd zamanı polis əməkdaşları 12 nəfər sərxoş sürücü barədə protokol tərtib edib. Bu zaman polisin saxla əmrinə tabe olmayan sürücülər də olub. Amma polis qanunu pozan şəxsləri qanunun tələblərinə uyğun cəzalandırıb.
Reyddə 52 nəfərin ümumi qayda pozuntusuna yol verdiyi faktı üzə çıxıb. Bunlardan 12-si sərxoş, 8-i sürət həddini aşma, 37-si ötmə, avtomobilində artıq avadanlıq quraşdırma və digər qayda pozuntuları müşahidə olunub. Bütün qayda pozuntusuna görə Xaçmaz polisi tərəfindən protokollar tərtib edilib. Müqəddəs ramazan ayı olmasına baxmayaraq hələ də bəzi sürücülər spirtli içki içir və sükanı sərxoş vəziyyətdə idarə edir.
BDYPİ-dən verilən məlumata görə, istirahət mövsümü başa çatanadək mütamadi olaraq reydlər keçiriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?