Azərbaycanda yük maşınları üçün bəzi qadağalar qoyula bilər.
"Azərbaycanda gələcəkdə böyük qabaritli maşınların 28 dərəcədən yüksək temperaturda hərəkət etməsini qadağan edən qanun qəbul olunacaq".
Bu barədə "Эхо" qəzetinə MBA Сonsulting şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.
"Yüksək temperaturda asfalt əriyir, böyük qabaritli nəqliyyat vasitələri isə həmin asfaltda 10 sm-dən çox çökür", - o əlavə edib.
N.İbrahimovun sözlərinə görə, yay aylarında ölkəmizdə havanın temperaturu 40 dərəcəyə qədər yüksəlir. Açıq səma altında isə hətta 45 dərəcə istilik də müşahidə olunur. Belə istidə üzərində böyük avtomobillər hərəkət etdikdə isə asfalt ümumiyyətlə sıradan çıxır.
"Dövlət yolların təmiri üçün böyük məbləğdə vəsair ayırır. Hər il ayrılan pulun təqribən 15%-i onun saxlanmasına xərclənir. Bununla belə, son dövrlər sürücülər özləri axşamlar sürməyə üstünlük verirlər. İsti havada rezin təkərlər də sıradan çıxır ki, bu da yol nəqliyyat hadisələrinə səbəb olur. Belə hadisələrdən qaçmaq üçün yük maşınlarının sürücüləri də gündüzlər dincəlirlər, axşamlar sürürlər".
Sorğu
Yeni dizaynımız necədir?