İritonnajlı maşınların sürücülərinin qarşısını nə Nəqliyyat Nazirliyi, nə də DYP-nin reydləri ilə almaq mümkün olmayıb Ağır tonnajlı yük maşınları yenicə asfaltlanmış yolları sıradan çıxarır. Belə vəziyyəti respublikanın bir çox yollarında müşahidə etmək olar. Yük daşınmasına dair bütün normativləri pozan iritonnajlı maşınların sürücülərinin qarşısını hələlik nə Nəqliyyat Nazirliyinin, nə də Dövlət Yol Polisinin keçirdiyi reydlər vasitəsilə almaq mümkün olmayıb. Bəzi hallarda yük avtomobillərinin sürücüləri hətta dövlət orqanlarının nümayəndələrinə də tabe olmaqdan imtina edirlər.
Vəziyyətdən çıxmaq üçün dövlət qurumları tikinti materiallarının dəmir yolu vasitəsilə daşınması layihəsi üzərində işləyirlər. Yük maşınlarının yollarla müharibəsi isə hələ davam edir. /ANS TV/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?