Azərbaycan Ordusunun əsgəri ölüb. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən “N “ saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Səmədov Araz Salman oğlu elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev əsgərin ölüm faktını təsdiqləyib. Bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, A. Səmədov 2012-ci ildə Neftçala rayonundan hərbi xidmətə çağırılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?