Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. Hadisə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Sünnət Kübar oğlu Dədəyev tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Əsgərin xəsarətinin yüngül olduğu bildirilib.
Qeyd edək ki, S. Dədəyev Saatlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?