Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla Bakı şəhərində fəaliyyət göstərən “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətində çatışmazlıqlar aşkar olunub. Baş Prokurorluqdan daxil olan xəbərə görə, müəyyən edilib ki, 2011-2013-cü illərdə cəmiyyətdə mühasib və baş mühasib vəzifələrində işləyərkən Nazim Zeynalov sığorta xidmətlərindən nağd şəkildə daxil olmuş 224 min 800 manat məbləğində pul vəsaitini kassaya mədaxil etməyərək mənimsəmiş və bununla da cəmiyyətə külli miqdarda ziyan vurub.
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?