GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Sadəlöhvcəsinə düşünürlər ki, Ərdoğan Qarabağ məsələsini həll edəcək”

“Sadəlöhvcəsinə düşünürlər ki, Ərdoğan Qarabağ məsələsini həll edəcək”

Tarix: 22-11-2017, 17:48 Bölmə :Ölkə / Müsahibə Baxış: 395
“Sadəlöhvcəsinə düşünürlər ki, Ərdoğan Qarabağ məsələsini həll edəcək”



Zərdüşt Əlizadə: “23 tirlyon dollar borcu olan ABŞ müflis olmasına baxmayaraq dünya kapitalı üçün zəmanət ünvanıdır”

Prezident Ərdoğanın Rusiya səfəri, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri, Moskva-Ankara yaxnlaşmasının Azərbaycan və Ermənistana təsir imkanları, ABŞ prezidenti Donald Trampın Asiya turu və digər maraqlı mövzularda politoloq Zərdüşt Əlizadə “Gündəm Xəbər”in suallarına cavab verib.

- Zərdüşt bəy, Türkiyə Prezidenti Ərdoğanın Rusiya səfəri və Prezident Putinlə müzakirələr aparmasını necə şərh edirsiniz?

- Rusiya və Türkiyənin bir-birinə yaxınlaşması bu iki ölkənin strateji maraqlarına cavab verir. Türkiyə çox gözəl anlayır ki, Qərb üzdə can-can deyir, NATO üzvü olduğu üşün onu müttəfiqi adlandırır, amma əslində əlaltdan kürdlərə dəstək verir və çalışır ki, Türkiyəni parçalasın. Ankarada bunu çox gözəl anlayırlar. Bu səbəbdən də Ankara çalışır ki, özü üçün Qərbə bağlı olmayan müttəfiqlər axtarsın. Bunun üçün də Rusiya və İranla münasibətlərini yaxşılaşdırır. Bu acı həqiqətdir.
Rusiya hazırda Qərb cinahından təcrid edilib. Bu təcriddən çıxmaq üçün Rusiyaya güclü tərəf müqbilləri lazımdır. Bu tərəf müqabillərindən birincisi Qərbin qarşısında kölə kimi təzim etməyən Türkiyədir. Odur ki, təyyarə böhranını unudaraq hər iki ölkə münasibətləri yaxşılaşdırmağa çalışır. Bu Ankara və Moskvanın strateji maraqlarına cavab verən siyasətdir. Məhz bu səbəbdəndir ki, Putin və Ərdoğan 8 ayda 5 dəfə görüşürlər, aralarında anlaşılmazlığı aradan qaldırır, iqtisadi əlaqələri bərpa edirlər və mümkün sahələrdə əməkdaşlığı gücləndirirlər. Xüsusilə, energetika sahəsində.

- Ankara-Moskva yaxınlaşması Bakı üçün hansı dvidentlər gətirə bilər?

- Dünənə qədər rəqib olan iki nəhəng dövlətin yaxınlaşması Azərbaycanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün obyektiv şərait yaradır. Bu həqiqətdir. Bu obyektiv şəraitdən Azərbaycan hökuməti istifadə edə biləcəkmi? Bu artıq bizdən asılıdır. Fikrimcə, Ankara-Moskva yaxınlaşması Azərbaycan biznesi üçün gözəl imkanlar aça bilər. Bundan necə istifadə etmək isə bizdən asılıdır.

Bizdə bəzən sadəlöhvcəsinə düşünürlər ki, Ərdoğan Qarabağ məsələsini həll edəcək. Əlbəttə, bu yanlış düşüncədir. Türkiyə Rusiyaya yaxınlaşmaq üçün çalışa bilər ki, Qarabağ münaqişəsində mövqeyini Rusiya ilə uzlaşdırsın.

- Ərdoğan Soçi səfərindən öncə bəyan etmişdi ki, Qarabağ məsələsini Putinlə müzakirə etməyi planlaşdırır...

- Normal açıqlamadır. Ancaq məsələyə bir qədər obyektiv baxmağımız lazımdır. Cənab Ərdoğanın hansı imkanları var ki, Qarabağ məsələsinin həlli üçün iş görsün? Heç bir imkanı yoxdur. Qarabağ məsələsi Rusiyanın tam inhisarındadır. Bu münqaişəni yaratmaqla Kremli Cənubi Qafqazda təsirini saxlayır. Türkiyə burada ancaq hansısa söhbət apara bilər. Rusiya istənilən siyasətçi ilə Qarabağ məsələsini müzakirə etməyə hazırdır. Bu mümkündür. Amma Türkiyəni Qarabağ məsələsinə yaxın buraxmazlar. Rusiya Qarabağ məsələsinə “öz bostanı” kimi baxır. Kim öz bostanına başqasına buraxar? Bu mənada bizdə sadəlöhcəsinə Ərdoğanın bu problemi həll edəcəyini düşünmək doğru deyil. Rusiya öz maraq və mənafeyini güdür.

- Rusiya-Türkiyə yaxınlaşması İrəvanda necə qarşılanır?

- Əlbəttə, ermənilər bundan narahatdır. Çünki ermənilərdə psixi xəstəlik var-türklərdən qorxma xəstəliyi. Əsas olub-olmamasından asılı olmayaraq ermənilər türklərdən qorxurlar. Ona görə də Rusiya-Türkiyə yaxınlaşması baş verəndə Ermənistanda isterika başlayır, yadlarına XX əsrin əvvəli, Rusiya bizi satdı kimi fikirlər düşür. Ancaq aydındır ki, Rusiya Azərbaycanın da, Ermənistanın da, Gürcüstanın da maraqlarını öz maraqlarına qurban verməyə hazırdır. Ancaq indiki vəziyyətdə Ermənistan Rusiyanın Cənubi Qafqazdakı istehkamıdır. Bu istehkam və forpost baxımından Moskva Ermənistanı qurban verməz. Niyə qurban versin ki? Gül kimi erməniləri salıb bir qəfəsə, onların da cınqırı çıxmır. Əvəzində “Yaşasın Rusiya” bağırırlar. Bu mənada Rusiya Ermənistana indiki mərhələdə dəyməz.

- Əgər Ankara-Moskva yaxınlaşması strateji xətt olaraq qəbul edilirsə, bu halda Ermənistanın əhəmiyyəti Rusiya üçün nə dərəcədə azalır?

- Bir daha qeyd edirəm ki, Ermənistanın Rusiya üçün əhəmiyyəti onun Cənubi Qafqazda ön istehkam olmasıdır. Türkiyə məsələsində Ermənistan yardımçı rol oynayır. Yəni suyu bulandırmaq, qondarma erməni soyqrımını yada salmaq, Türkiyə cəmiyyətinə mənfi təsirlər göstərmək, Rusiyada yaşayan erməni “siyasətşünasları” it kimi Türkiyənin üzərinə qısqırtmaq üçün lazım gəlir. Ancaq böyük mənada Ermənistanın vəzni elədə mühüm deyil. Ermənistanın əsas rolu Rusiyanın Cənubi Qafqazda dominatlığını və təsirinin saxlanılmasında əsas alət olmasıdır.

- Son 12 gündə ABŞ prezidenti Asiya səfəri həyata keçirirb, Çin, Cənubi Koreya, Yaponiya, Vyetnam, Flippin kimi ölkələrdə olub. Donald Trampın Asiya turunu necə qiymətləndirirsiniz?

- Hər bir ABŞ prezidenti çalışır ki, nüvə planarını, məqsədlərini, maraqlarını dünyada müdafiə etsin. Donald Tramp da ABŞ prezidentlərinin bu ənənəsini davam etdirir. Barak Obamada prezident seçildikdən sonra Qahirədə müsəlman liderlərini başına toplamışdı. Trampda Asiya turuna çıxıb, Yaponiyada, Çində, Cənubi Koreyada, Flippində böyük müqavilələrm imzalanıb. Bu Amerika biznesi üçün münasib və əlverişli şərait yaradıb. Bu Amerika prezidenti kimi Trampın vəzifə borcudur və bunu da yerinə yetirir.

- Bu səfərdə həm də Şimali Koreyaya qarşı bir cəbhə yaratmaq niyyəti yoxdurmu?

- Xeyir, belə bir niyyət yoxdur. Nəzərə almaq lazımdır ki, Trampın səfər etdiyi dövlətlər xam ölkələr deyil. Onlar anlayır ki, Şimali Koreya özünü müdafiə etmək qabiliyyətinə malikdir. Bəli, ABŞ çox çalışdı, əksər ölkələri bu kampaniyaya qoşulmağa dəvət etdi. Bir çox ölkədə dedi ki, axı nəyə görə? Əslində Şimali Koreya ABŞ-ın problemidir. Özü də deyim ki, qondarma problemdir və Amerikaya heç bir təhlükə törətmir. Sadəcə özləri üüçün bu təhlükəni uydurublar, üstəlik bir qədər də şişirdiblər. Reallıqda isə belə bir təhlükə yoxdur.

- Demək istəyirsiniz ki, reallıqda müharibə də gözlənilmir?

-Sözsüz ki, müharibə gözlənilmir. Dəli deyillər ki. Bəli, ABŞ Koreyanı məhv edə bilər. Ancaq Pxenyan da ABŞ-ın yaxın müttəfiqi olan Cənubi Koreya və Yaponiyaya ciddi zərbə vurmaq gücündə olan ölkədir. ABŞ-ın təhlükəsi həm də Yaponiya, Cənubi Koreya və müttəfiqləri ilə yaxınlığından doğur. Məncə, onun gücünün mənbələrindən biri müttəfiqliyindən qaynaqlanır. Mən müttəfiqimə dayanan yerdə və heç bir səbəb olmadan ziyan vururamsa, bu necə müttəfiqlikdir? Deməli buna müttəfiqlik demək olmaz. Və ya belı çıxır ki, ABŞ öz-özünə ziyan vuracaq. Odur ki, sözdəki hədə-qorxulara baxmayaraq reallıqda bir şey baş verməyəcək.

- Yaxın Şərqdədə durum pisləşir. Suriya böhranı həll edilmədi, Yəməndə yenidən çaxnaşma düşüb, Livan vətəndaş müharibəsi ərəfəsini yaşayır. Ərəbşünas olaraq Yaxın Şərqdə son günlər baş verənləri nə ilə izah edirsiniz?

- Vaşinqton Yaxın Şərqdə ilanı Seyih Əhmədin əli ilə tutmağa çalışır. Burada Seyid Əhməd rolunda dünənə qədər çox ehtiyatlı siyasət aparan Səudiyyə rəhbərləri çıxış edir. İlk növbədə vəliəhd Mədəmməd bin Salman. Səudiyyənin əvvəlki ahıl və qoca siyasətçiləri çox ehtiyatlı addımlar atır, çalışırdılar xətadan uzaq olsunlar. Ancaq dəliqanlı şahzadə Məhəmməd bin Salman hesab edir ki, ABŞ-a yaxınlıq onun üçün təhlükəsizliyin qarantıdır. Bu səbəbdən də Yəmənə, Livana, Qətərə, Bəhreynə və İrana girişib. Bu da sonda Səudiyyənin daxili sabitliyini pozur. Eləcədə Səudiyyə rejiminə təhlükə yaradır.

- Sad Həririnin istefası haqda düşüncəniz nədən ibarətdir?

-Livanda gözəl koalisiya qurulmuşdu. Livan sabit ölkə idi, Hizbullahda koalisiya hökumətində iştirak edirdi. Həririni dəvət etdilər Ər-Riyada. Nəzərə almaq lazımdır ki, Həriri ailəsinin sərvətinin əsası Səudiyyədə qoyulub. Sad Həririnin atası Rafiq Həriri milyardlarını Səudiyyədə olan tikintidən qazanıb. Sad Hərinini Ər-Riyada dəvət edib dedilər ki, baş nazir postundan istefa et. O, xaricdə ola-ola bəyan etdi ki, baş nazir postundan istefa verir. Amma onun istefasına rəğmən Livanda koalisiya hökuməti dağılmayıb. Cammat da toplanıb deyirlər ki, Sad, qayıt, biz bilirik ki, orada səni əsir götürüblər, biz səni sevirik, vətəninə qayıt, otur baş nazir ol. Biz istəmirik Livanda koalisiya dağılsın, kənar qüvvələr təkrar vətəndaş müharibəsi salsın. Livan xalqı anlayır ki, Sad Həriri müstəqil istefa qərarı verməyib, onu buna məcbur ediblər. Bunu kim edib? Səudiyyə rəhbərliyi. İndi Səudiyyə Ərəbistanı İsraillə yaxınlıq edir.

- Livanda vətəndaş müharibəsi gözləniləndir?

- Sad Həriri baş nazir vəzifəsindən istefa etsə də, koalisiya dağılmadı. Əlbəttə, sabah Livanda nələrinsə baş verəcəyi istisna edilmir. Bir dəfə Livanda vətəndaş müharibəsi salınıb, gözəl bir ölkəni xaraba duruma salıblar. Sonradan böyük zəhmətlə ölkəni bərpa ediblər. Xalq da təkrar faciə yaşamaq istəmir. Bu səbəbdən də Livan xalqı barışa, güzəştə, anlaşmaya üstünlük verir. Amma Səudiyyə bunu istəmir. Baxın, Səudiyyə gedib Yəməni xaraba hala saldı. Əslində Səudiyyə və Qətər abad ölkə olan Suriyanı viran edən qüvvələrdir. Radikal islamçıların arxasında Qətər və Səudiyyə durur. Sonradan bunlar öz aralarında razılaşmadı. İndi də Suriya iki xəttin cıdır meydanına çevrilib.

- Hansı qüvvələrin?

- ABŞ başda olmaqla koalisiya guya İŞİD-ə qarşı mübarizə aparır. Rusiya, İran və Suriyada elan edirlər ki, İŞİD-ə qarşı vuruşurlar. Beləcə bu iki xətt İŞİD-ə qarşı mübarizə apara-apara öz aralarında da kəskin rəqabətə daxil olublar. Məqsəd Suriya üzərində nəzarəti bərpa etməkdir.
- Rusların Suriyada əsas məqsədi nədir?
- Rusiyanın məqsədi başa düşüləndir. Rusiya imkan vermir ki, Qətərin zəngin qaz ehtiyatları Suriya üzərindən Aralıq dənizinə çıxsın və Avropaya daxil olsun. Çünki bu baş versə Qətər qazı Qazpromun Avropadakı 30 faizlik payını laxladacaq, Rusiyanın maliyyə-rifah halına zərbə vuracaq. Rusiya bunu əsla istəmir. Odur ki, arzulamır ki, Suriyada ona yaxın olan Əsəd rejimi sıradan çıxsın, əvəzində Qətər və Səudiyyənin əlaltıları Suriyada hakimiyyətə gəlsin.

- ABŞ-ın məqsədi nədir?

- ABŞ düşünür ki, nə qədər ara qarışsa, xaos yaransa, hərc-mərclik artsa, bir o qədər onların işinə yarayacaq. Bütün dünya kapitalı sabitlik adası kimi ABŞ-a axır. Beləcə ABŞ-ın maliyyə vəziyyəti yaxşılaşır. Baxın, 23 tirlyon dollar borcu olan ABŞ de fakto müflisdir, amma buna rəğmən ABŞ dünya kapitalı üçün zəmanətli və inanılası ünvandır. Dünyada sabitsizlik artdıqca dünya kapitalı ABŞ-a axır.

HÜSEYN ABBASOĞLU
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədən ABŞ və Qərbə “gözdağı”: rəsmi Ankara "müttəfiqlər"indən üz çevirir

    Türkiyədən ABŞ və Qərbə “gözdağı”: rəsmi Ankara ...

    18-11-2017, 01:40

  • 
  • Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə Şanxay beşliyinə üzv olur?

    Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə ...

    11-08-2016, 17:14

  • 
  • Ankara Qarabağ probleminin həlli üçün yeni “yol xəritəsi” hazırlayıb

    Ankara Qarabağ probleminin həlli üçün yeni “yol ...

    28-11-2013, 12:15

  • 
  • Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsindən bəhs etdi

    Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsindən ...

    17-11-2017, 13:26

  • 
  • Ankara terrorunun baş verdiyi anlarda Rusiya telekanalının saytında sensasion yazı - "Ərdoğanı yalnız Allah xilas edə bilər"

    Ankara terrorunun baş verdiyi anlarda Rusiya ...

    14-03-2016, 13:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (204)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu