Xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyə - Ermənistan əlaqələrinə bağlı "Bəzi yaradıcı fikirlər, yeni düşüncələrlə bunu inkişaf etdirməyə, məsafə qət etməyə çalışırıq" mesajının detalları açıqlanıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Ankara Davudoğlunun ABŞ təmasları və baş nazir Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşündə də gündəmə gələn Qafqazda sülhün əldə edilməsi üçün yeni “yol xəritəsi” hazırlayıb. Ermənistan hökuməti, Azərbaycan ilə arasında xroniki bir problem olan Dağlıq Qarabağdakı iki rayondan çəkilməyi şifahi olaraq qəbul edib, Türkiyə isə Ermənistandan rəsmi şərh etməsini istəyib. "Rayonlardan çəkiləcəyik" şərhinin gəlməsi halında, Davudoğlu dekabrın 12-də Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yığıncağı üçün Yerevan gedəcək. Diplomatik qaynaqlar, Azərbaycanın zəngin enerji qaynaqları ilə böyük inkişaf içində olduğunu, buna qarşı Ermənistanın itirdiyini ifadə edərək, "Bu düyünü bir yerdən aşmaq, bunun üçün də bir oyun dəyişdirici tapmaq lazım. Bir addım atılar, yeddi rayonun ikisindən çəkilər " şərhini verdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?