O, yeməkxana adı ilə əxlaqsızlıq yuvası təşkil edibmiş
Lənkəranda fahişəxana işlədən kişinin əməlləri ifşa olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, Lənkəran şəhəri ərazisindəki yeməkxanalardan biri əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərirmiş. Lənkəran polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fahişəxananı işlədən Girdəni kənd sakini Cavanşir Əzimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?