Azərbaycan çox qəribə bir ölkədir. Burada ola bilər ki, illərlə yaşayasan, yazasan, cəmiyyətin dərdlərini çözələyəsən, nüfuzu, çəkisi olan adamların buna reaksiyasını gözləyəsən. Lakin son məqamda özünü əsl azərbaycanlı adlandıraraq vəzifəsinə hörmət göstərməyənlər , gec-tez göstərilən tənqiddən nəticə çıxarmağı da nədənsə bacarmaya. Mövzumuz Azərbaycanın ən səfalı guşələrindən biri olan Qax rayonundakı « Şəfa» pansionatı haqqında olacaqdır. O pansionat haqqında ki, burada istirahət edənlər dünyada şəfavericiliyi ilə məşhur olan « Qax» suyunu elə mənbədən içə bilirlər. İlin 11 ayını gərgin iş rejimində keçirən hər bir kəsin böyük arzusudur ki, məzuniyyətə yollandığı 20-30 günü sanatoriya və istirahət guşələrində keçirməklə, itirdiyi enerjini qismən də olsa bərpa etsin. Çox təəssüflər olsun ki, bu əlçatmaz arzuya çox az adam nail ola bilir. Nail olan isə... Bu yazımızda adı çəkilən pansionatın nə pisi, nə də yaxşısı haqqında danışmaq istəmirik. Çünki bu il ora qədəm qoyan hər bir kəs « Şəfa»nın «səfalı» günlərini yaşayıblar. Deyilənə görə ötən il buralarda vəziyyət alayı cürə imiş. Yeməkləri dadlı, işçilərin dilləri ballı... Buradakı hansı səlahiyyət sahibinin əvvəlcə falçılıqla məşğul olub pul toplayaraq Tibb İnstitutuna daxil olmasından da danışmaq istəmirik. Çünki bundan yəqin ki, yuxarıların da xəbəri var. Əgər o, « Ayravani ayravani çandriko»- deyib sehirli « xələtin» gücü ilə bu məqamlara gəlib çatıbsa, deməli onu hamı tanıyır... Adı çəkilən pansionatda gecə növbələrində həkim personalının olmaması da hamıya bəllidir. Təsəvvür edin ki, gecənin bir aləmi pansionatda kiminsə halı pisləşir. Həkim yerinə onu müayinə etməyə ya tibb bacısı gəlir, ya da tibb qardaşı. Onlar da xəstənin harasının ağrıdığını soruşur. Əvvəlcədən ayrı kartların içində saxlanılmış və üstündə hansı xəstəliyə görə verilməsi qeyd olunan dərmanlar tibb bacıları və qardaşları tərəfindən xəstələrə verilir. Daha nəzərə alınmır ki, bu ürək xəstəsinə mən bu dərmanı verirəm, birdən qara ciyərinə pis təsir edər. Axı hamıya bəllidir ki, bir dərmanın başqa orqanlara pis təsiri ola bilir. Belə məqamda bir zad adamı yaman fikirləşdirir ki, ayə, əgər «Şəfa»nın tibb bacı və qardaşları bu qədər hər zaddan halidirlərsə, onda Tibb institutunu bitirmək nəyə gərəkdir? Heç «Şəfa»nın yeməklərinin keyfiyyəti haqqında da danışmaq istəmirik. Deyilənə görə ötən ilə qədər buranın yeməklərinin keyfiyyəti çox yüksək idi. Bu il isə... Yaxşı ki, İmran müəllim oralara 1-2 günlüyə gəlir. Onda istirahətçilərə əsl toy-bayram olur. Onlara həmin vaxt kələm dolmasından tutmuş, dünyanın hər nemətini verirlər. İmran müəllim də elə zənn edir ki, burada vəziyyət çox yaxşıdır. Daha o nə bilsin ki, vemişel elə bir yağda bişirilir ki, yağı dodaqda donur, kiftə adı ilə istirahətçilərə ətli sup verilir. Birdən sual verərsiniz ki, bəs oradan qayıdanların nədən çəkiləri belə artır? Bax, bu sirri bir qədər sonra sizinlə bölüşəcəyəm, əziz oxucum. İki siçanın dalaşan zaman birinin darısqallıqdan öləcəyi birotaqlı lüks nömrələrin diskomfortluluğundan da danışmaq istəmiik. Söhbətimiz gecə saat 1-in yarısına qədər səs-küylə keçirilən diskotekalar haqqında da deyil. O diskotekalar ki, burada yalnız avar musiqiləri səslənir. Qeyd edək ki, saat 11-dən sonra istirahətçiləri narahat etməmək üçün sakitliyə rəayət etməyi kimlərsə unudur. Əsas söhbətimiz «Şəfa» pansionatında istirahətçilərin asudə vaxtlarının necə keçirilməsi haqqnıda olacaq. Həmin asudə vaxtın keçirilməsində isə sözsüz ki, Adil Şirinov adlı bir müğənninin rolu misilsizdir. O Adil Şirinovun ki, bəzi ərli qadınlar bura gələndə qayıdan zaman onunla rəqs etməyi əhd edirlər. O Adil Şirinovun ki, özünün heç kimdən qorxmaması ilə öyünür. Bizlər uzun müddət Kislovodsk, Soçi, Qaqra, Türkiyə, Krım, Moskva və s. ölkələrin sanatoriya və pansionatlarında istirahət etmişik. Sözsüz ki, bu istirahətlər zamanı adı çəkilən yerlərə ekskursiyalar da təşkil olunurdu. Təşkil olunan ekskursiyalarda bizlər həmin yerlərin tarixi abidələri ilə tanış olurduq, çayxana və kababxanaları ilə deyil. Təşkil olunan ekskursiyalar həmin yerlərdə pulsuz şəkildə həyata keçirilirdi. « Şəfa» pansionatında isə nədənsə dünyada analoqu olmayan qaydalar hökm sürür- yəni Adil Şirinov qaydaları. Bu səbəbdən də avar mahnısının sədaları ilə ekskursiyalar təşkil edən Adil bəyə bəzi məqamları xatırlatmaq istərdim. - Pansionat və sanatoriyalarda aparılan bütün ekskurnsiyalar pulsuz həyata keçirilməlidir. - Ekskursiyalara çıxmazdan əvvəl sanatoriyanın avtobusu texniki nəzarətdən keçməlidir. - Ekskursiyaların marşurutu əyani və yazılı şəkildə istirahətçilərə bildirilməlidir ki, onlar da hara gedəcəklərini əvvəlcədən bilmiş olsunlar. - Ekskursiyaya gedən zaman əgər istirahətçilər ya nahar, ya da şam yeməklərinə gəlməyəcəklərsə, onlara mütləq şəkildə soyuq qəlyanaltı verilməlidir və s. Xatırladaq ki, adı çəkilən məkanda ekskursiyaların hamısı pulludur. Orada işləyən xanımlardan birinin dediyinə görə pansionat pullu olduğu üçün, burada ekskursiyalar da ödənişlidir. Yoxsa sürücü ona verilən benzinlə istirahətçiləri Qaxın mərkəzinə belə apara bilməz. Bundan başqa burada ekskursiyalara gedənlərə əgər şam və ya nahara gəlmirlərsə yola soyuq qəlyanaltı belə verilmir. Əvəzində isə... Əgər xatırlayırsınızsa, yazımın əvvəlində yeməklərin yaxşı olmamasına baxmayaraq, istirahətçilərin qayıdan zaman kökəlməsi haqqında yazmışdım. Bax, bu kökəlmələr də məhz bu ekskursiyalar zamanı baş verir. Belə ki, ekskursiyalara gedənlər hər yerdə kabab yeyərək, sonradan çəkilərinin artmasından şikayətlənirlər. «Şəfa» da olan hər bir istirahətçi Qax, Şəki, Zaqatala, Balakənin kababxana və çayxanalarını öz əlinin içi kimi tanıyır desək yanılmarıq. Bundan başqa, pansionatda ekskursiyalara çıxan avtobuslar texniki nəzarətdən keçmir. NƏticədə isə düzənlik bir yolda xarab olan avtobusdakı sərnişinlər saatlarla qızmar günəş altında yeni avtobusun gələcəyini gözləməli olurlar. Burada keçirilən ekskursiyaların səviyyəsindən isə danışmağa dəyməz. Hə, əziz oxucu, bu sizlərlə Qax rayonundakı « Şəfa» pansionatına ilk qiyabi ekskursiyamız oldu. Daha yaxından yazılanların şahidi olmaq istəyirsinizsə, onda samballı qohumlarınızı İmran müəllimin yanına göndərin. Yoxsa ora göndəriş tapmaq çoz qəliz məsələdir. Fala marağı olanlar da ora üz tuta bilər. Baş həkim Sizlərə hər yardımı göstərəcəkdir. Əgər avar xalqının mədəniyyəti ilə tanış olmaq istəsəniz və ya o xalq haqqında elmi iş üzərində işləyənlər Adil bəyə üz tutsunlar. Biz hamını sevirik,bircə özümüzdən savayı. Odur ki,azəri musiqilərinə bir quş qoyub avar musiqilərini təbliğ etmək.....
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?