İyunun 25-də Azərbaycanda təkrar buraxılış imtahanı keçiriləcək. Bu barədə TQDK-nın mətbuat xidmətiindən məlumat verib. Məlumata görə, imtahanda əsasən, ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcədə eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər iştirak edəcəklər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?