Bakının Nərimanov rayonunda sərnişin avtobusu yanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, Xətai prospektində Ağdam rayon sakini Anar Ələsgərova məxsus “Migibus” markalı 117 saylı xətt avtobusunda yanıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Yanğının baş vermə səbəbləri araşdırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?