Hüquq-mühafizə orqanlarının əməkdaşları Azadlıq meydanını mühasirəyə alaraq hərbi parada tamaşa etmək istəyən insanları yaxına buraxmır. Bu barədə musavat.com-a "Yeni Müsavat" qəzetinin hadisə yerində olan reportyorları xəbər verib. Jurnalistlərin dediyinə görə, milli ordunun yaradılmasının 95 illiyi münasibəti ilə keçirilən hərbi parada ictimai maraq var: İnsanlar övladları ilə əsgərlərin, hərbi texnikanın yürüşünə baxmaq istəyirlər. Onların arasında bu gün-sabah əsgər yaşına çatacaq yeniyetmə oğlanlar da var. Ancaq polis adamları Azadlıq meydanına yaxın getməyə qoymur və bunun səbəbi bilinmir. Əgər hərbi sirri açılacağından qorxurlarsa, telekanalların çəkiliş aparmasına, hətta canlı yayım verməsinə mane olsunlar. Yeri gəlmişkən, qəzet və sayt reportyorları da parada yaxn buraxılmır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?