Hazırda İnterpol (Beynəlxalq Polis Təşkilatı) siyahısında beynəlxalq axtarışa verilmiş bir neçə azərbaycanlı qadın var. Onların adları müxtəlif cinayət işlərində hallanır. Modern.az saytının xəbərinə görə, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpol vasitəsilə axtarışa verilmiş qadınlar arasında ən yaşlısının 67 yaşı var. Bu qadınlar müxtəlif səbəblər üzündən məhkəmə tərəfindən təqib edilir.
Modern.az bu siyahını araşdırıb.
http://imgs.su/tmp/2013-06-28/1372419638-221.jpg İnterpolun beynəlxalq axtarış siyahısında ilk yer alan 32 yaşlı Gülşən Əhmədovadır. Şəmkirdə anadan olmuş Gülşən “iki və daha çox şəxsi fahişəliyə cəlb etmə”, insan alveri itithamı üzrə axtarılır. Azərbaycan, türk və rus dillərini bilən G.Əhmədova 1981-ci il təvəlüdlüdür.
Axtarşıda olan Noval Salamzadə isə Bakıda anadan olub. 29 yaşlı bu qız qrup tərəfindən törədilmiş qəsddə itiham olunur. Almara Hüseynova 1948-ci ildə Naftalanda doğulub. Bu yaşlı qadını İnterpolun “qırmızı siyahısına” salan səbəb də qətllə bağlıdır. Onunla bağlı məlumatda göstərlilir ki, A.Hüseynova bir qrup şəxsin iştirakı ilə böyük miqyasda dələduzluqda və qəsddə ittiham edilir.
42 yaşlı Şəlalə Abdullayevanı evindən didərgin salan səbəb maraqlıdır. Sumqayıtda doğulan Ş.Abdullayeva rəsmi sənədlərin, ştampların, möhürlərin, blnakların saxtalaşdırması və satışına görə axtarılır. Şəlalə xanım hətta uzağa gedərək dövlət mükafatlarının saxtalaşdırılmasını həyata keçirib.
Manya Qasımova isə 1963-cü ildə Qazax rayonunun Keşişkənd kəndində anadan olub. 50 yaşlı bu qadın insan alveri ilə bağlı ittiham olunur.
Ağdaşın Qoşabulaq kəndinə dünyaya göz açan Gülzar Məmmədova da insan alveri üzrə axtarılır. G. Məmmədovanın 45 yaşı var.
1956-cı ildə Fizulu rayonunda anadan olmuş Klara Məmmədova isə geniş miqyasda fırıldaqçılıq ittihamı ilə İnterpolun siyahısna düşüb.
1976-cı ildə Sabirabadda doğulmuş 36 yaşlı Samirə Mehtiyeva saxta sənədlərdən istifadə chdinə görə məhkəmə tərəfindən axtarışa verilib.
1958-ci ldə doğulmuş Məlahət Əsədova Biləsuvar rayonundadndır. 55 yaşlı Məlahət geniş miqyasda fırıldaqçılıq cəhdinə görə beynəlxalq axtarışa verilib.
1969-cu ildə Lerikdə andan olmuş 43 yaşlı Lətifə Əzizova bədənə qəsdən xəsarət yetirmə ittihamı ilə axtarılır.
1947-ci ildə Masallı şəhərində doğulmuş Rəna Həsənova da geniş miqyasda təkrar dələduzluq, saxtakarlıq və dəymiş ziyanın ödənilməsindən imtina ittihamı ilə İnterpol tərəfindən axtarlır.
1962-ci ildə Fizuli şəhərində anadan olmuş 50 yaşlı Almaz Abbasova isə “fahişəliyə cəlbetmə” itithamı ilə İnterpol tərəfindən axtarışa verilib. A.Abbasova barədə yerləşdirilən məlumatda deyilir ki, o, Azərbaycan, türk və rus dilərində sərbəst danışır.
İnterpol bu adamları görənlərdən, onlar barədə məlumatı olanlardan məlumat verməyi xahiş edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?