Təhsil almaq üçün maddi imkanları yetərli olmayan gəncəli qız çıxış yolunu özünü asmaqda gördü Dünən Gəncə şəhərində intihar hadisəsi baş verib. Gəncənin Kəpəz rayonu, 7 saylı orta məktəbinin məzunu Fərzəliyeva Vüsalə Ələddin qızı özünü yaşadığı Elbrus Allahverdiyev küçəsindəki binanın damından asıb. Gəncə hüquq-mühafizə orqanlarından Moderator.az-a verilən məlumatda isə intiharın şok səbəblərindən bəhs edilir. Həmin informasiyada bildirilir ki, gənc qızın özünə qəsd etməsinin səbəbi maddi imkansızlıq olub. Belə ki, Fərzəliyeva Vüsalə bu ilki imtahanların nəticələrinə görə, ali məktəbə qəbul olunsa da Bakıda normal təhsil ala bilməsi üçün ailəsinin maddi imkanı yetərli olmayıb. Ali təhsil almağı nə qədər arzulasa da Bakıda yaşamaq və təhsil almaq onun üçün əlçatmaz olduğu qənaətinə gəlib və sonda çıxış yolunu canına qəsd etməkdə görüb. Qeyd edək ki, bu Gəncədə son zamanlar dördüncü intihar hadisəsidir.
Sorğu
Yeni dizaynımız necədir?