Bu gün tarixdə çox nadir hallarda təsadüf edilən bir tarix yaşayırıq -12.12.12.
Çoxlarının səbirsizliklə gözlədiyi bu əlamətdar tarixdə Bakı şəhər 5 saylı xəstəxanada saat 00.12-də oğlan uşağı dünyaya gəlib.
Xəstəxanadan aldığımız məlumata görə, 2 kilo 700 qram çəkidə dünyaya gələn uşağı Bakı sakini Fəridə Hacıyeva dünyaya gətirib.
Xəstəxanadan bildirilib ki, körpə tam sağlam dünyaya gəlib və hazırda vəziyyəti yaxşıdır.
Əlaqə saxladığımız digər xəstəxanalarda bu tarixdə uşaq dünyaya gəlmədiyi bildirildi. Yalnız 4 saylı xəstəxanadan verilən məlumata görə, səhər saat 4.50-də 3 kiloqram 200 qram çəkisində oğlan uşağı doğulub.
Qeyd edək ki, 12.12.12 tarixinin Məhərrəmlik ayına təsadüf etməsi səbəbindən bu gün toy edən olmasa da, əminliklə demək olar ki, digər əlamətdar hadisələri bu günə salanların sayı çoxdur.
Sorğu
Yeni dizaynımız necədir?