Bədənində yenidən bədxassəli şişlər aşkarlanan Venesuela prezidenti Uqo Çaves Kubada onkoloji əməliyyat olunub. Anspress-in verdiyi məlumata görə, Venesuelanın vitse-prezidenti Nikolas Maduro əməliyyatın 6 saata yaxın davam etdiyini və uğurlu keçdiyini bildirib.
Maduro Uqo Çavesin qarşısında uzun reabilitasiya dövrü olduğunu deyib və Venesuela xalqını öz lideri üçün dua etməyə çağırıb.
Qeyd edək ki, Uqo Çaves xərçəngə qalib gəldiyini və tamamilə sağlam olduğunu açıqladıqdan sonra oktyabrda prezident seçkilərində növbəti dəfə qalib gəlmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?