Bakının ən tanınmış əyləncə mərkəzindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 1-də Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında Zakir Əliyevə məxsus toy zamanı 5000 manat pulu oğurlaıb.
Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi və Xətai Rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində pulu oğurlamış Ucar rayon sakini Ceyhun Məmmədov tutulub.
Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən bildirildi ki, cinayətin üstünü bəyin özü açıb. Toydan sonra qutunu açan bəy məclisində iştirak edən bəzi şəxslərin pul atmadığını görüb. Həmin şəxslərə telefonla zəng edərək məclisə pul atıb-atmadığını sörüşüb. Həmin şəxslər də pul atdılqlarını bildiriblər. Beləliklə, toyda iştirak edib adı qutudan çıxmayan xeyli qonağa belə zəng edən bəy şübhələnərək polisə məlumat verib. Aparılan araşdırmalardan və restoranın kameralarına baxışdan sonra pul qutusundan toyun qonağı C.Məmmədovun oğuruq etdiyi ortaya çıxıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?