Ötən gün axşam saatlarında Xaçmaz rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon polis şöbəsindən verilən məlumata görə, 17 yaşlı Tamerlan Nizamov 14 yaşlı qardaşı Nizam Nizamovu öldürüb. O, kiçik qardaşına 5 bıçaq zərbəsi vurub.
İnsident zamanı uşaqların atası 68 yaşlı Eynulla Nizamov da əlindən yaralanıb. Ata övladlarını ayıran zaman xəsarət alıb. İlkin araşdırmalar zamanı qardaşların arasında mübahisə kompüter oyunu üstündə yaranıb. Hər iki qardaşın 2-ci qrup əlil və ruhi xəstə kimi qeydiyyatda olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?