Dilçilik İntistutunun elmi işçilərinin televiziya kanallarında ədəbi normaların qorunması ilə bağlı keçirilən hesabatda dilində qüsurlara çox rast gəlinən və nadir hallarda dil qüsurlarına yol bverın aparıcıların adları qeyd olunub. Hesabatda göstərilir ki, ANS telekanalının “Salam Azərbaycan” verilişinin aparıcısı Cavid Osmanov ingilis dilində da nışır. Digər aparıcılar haqqında qeydlər belədir:
ATV kanalının “ATV Olay” verilişinin aparıcısı Mətanət Əliverdiyeva bütün xəbərləri eyni tonda çatdırır. Hesabatda deyilir:
“Elə vahimə ilə, elə təlaş içində efirə çıxır ki, hətta öz həmkarı bir dəfə ona “vay xəbər” deyə səsləndi. “ATV Olay”ın sonunda isə “Mən evə gedirəm. Daha işimqalmadı” deyir. Bizcə efirdə bu qədər sərbəst nitqə ehtiyac yoxdur. Aparıcı nitqində hədsiz dərəcədə modal sözlərdən istifadə edir”.
“ATV Səhər”in yeni aparıcısı Turan İbrahimovun nitqi sırf məişət üslubundadır. Sözlərin son hecasını uzadaraq tələffüz edən aparıcı publisistik üslubda bir cümlə qura bilmir.
Lider TV-nin “Səhər çağı” proqramının aparıcısı Aynur Hacıyeva hər cümlənin arasında gülür. Bütün veriliş boyu isə xanım burnunda danışır. Çoxlu təkrarlara yol verir.
Space TV-nin “Plyus-minus” verilişinin aparıcısı Günel Hümbətova bütün sözləri uzadaraq tələffüz edir.
ANS telekanalında “Günə Baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlu Bakı dialektində danışır. Bəzi məqamlarda isə fit çalır. Əlini cibindən çıxarmayan aparıcı bütün veriliş boyu öz ləhcə xüsusiyyətlərindən kənara çıxa bilmir. Bunu normal hesab edərək deyir:
“Əgər efirə, radioya biz ədəbi dil çıxartsaq, onda televiziya və radio insanlar arasında çox böyük uçurum yaratmış olarıq”.
Ədəbi dil normaları ilə bağlı keçirilən monitorinqin hesabatında dilində nadir hallarda qüsurlara rast gəlinən aparıcıların da adları qeyd olunub. Bunlar aşağıdakılardır:
Xəzər TV, Xəbərlər buraxılışının aparıcısı Anar Nəcəfli və “Günə başlarkən” verilişinin aparıcısı Türkay Vəliyeva.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?