Təfəkkür Universitetinin məzunları Təhsil Nazirliyi qarşısında aksiya keçirəcək.
Bu barədə məlumatı AzNews.az-a ali məktəbi 2013-cü ildə başa vuran məzunlar verib.
Aksiyaya səbəb məzunların universiteti başa vurmalarından ötən müddət ərzində diplomlarını ala bilməməsidir.
Məzunların sözlərinə görə, diplomlar üçün ötən ilin yayında bir dəfə pul toplanıb, ancaq diplomlar verilməyib. İndi isə yenidən məzunlardan pul tələb edilir. Lakin əksər məzunlar diplom üçün yenidən pul ödəməkdən imtina edərək, ali təhsil haqqında sənədlə təmin edilmələrini tələb edirlər.
Belə bir məqamda universitetin bağlanılması xəbərlərinin yayılması tələbələrin narahatçılığını bir qədər də artırıb.
Məzunların sözlərinə görə, diplomların verilməməsi Təhsil Nazirliyini rəhbərliyindəki dəyişikliklərlə əlaqələndirilir.
Ötən ilki məzunların diplomlarının verilməməsini universitetdən də təsdiqləyiblər. Universitetin prorektorluğundan AzNews.az-a bildirilib ki, diplomların indiyə qədər verilməməsi texniki məsələlərlə əlaqədardır: “Diplomlar hazırlanır, yaxın günlərdə veriləcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?