Qətl işi işgəncə ilə başqasının boynuna qoyulub 12-saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Abdullayev Oruc Bayram oğlu tərəfindən redaksiyamıza müraciət daxil olub. O.Abdullayev müraciətində Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16.09.2008-ci il tarixli hökmü ilə AR.CM-nin 120.21-ci maddəsi ilə təqsirli bilinərək 13 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edildiyini yazır. Məhkumun sözlərinə görə o və onunla birgə bu qondarma cinayət işi üzrə təqsirləndirilib məhkum edilmiş Sabir Abbasovun bu cinayəti törətmyiblər və ağır dözülməz işgəncələr altında aparılan ibtidai istintaq sübutların şübhəli və saxta olmasını təsdiq edən çoxlu sayda sübutları məhkəmə instansiyaları baxmadılar. Çünki bizə saxta ittiham vermiş Şəmkir RPŞ-nin əməkdaşları və Prokurorluğu saxtakar əməllərindən axıradək əl çəkmədilər.Bu saxtakarlıqda xüsusi fəallıq etmiş Şəmkir RPŞ-nin İmaməddin adlı rəis müavininin əməlləri barədə ortada faktlar var. Şikayətçi öz məktubunda hadisələri belə təsvir edir: ”31 yanvar 2006-cı il tarixində Şəmkir rayonunun Çinarlı qəsəbəsində İlyamin Yunisov adlı şəxs qətlə yetirilir. Cinayət hadisəsini törədənləri qaranlıqda qətlə yetirilən şəxsin həyat yoldaşı görür, ancaq tanımır. Cinayət hadisəsinin iştirakçılarını müəyyən etməkdə səriştəsiz olan Şəmkir RPŞ-nin əməkdaşları nəhayət qərara alırlar ki, əvvəllər məhkum edilmiş Sabir Abbasov adlı qəsəbə sakininin bu cinayəti törətməsini boynuna qoysunlar. Bundan sonra Sabirə 15-gün ağır dözülməz işgəncələr verilir,hadisə yerindən tapılmış papağı onun başına keçirib ekspertə göndərib zorla onun boynuna qoyurlar. Dözülməz ağır işgəncələr nəticəsində Sabir qondarma ittihamı imza edir..Qətlin törədilməsi səbəbini isə onunla əsaslandırıblar ki,guya Sabirin keçmiş həyat yoldaşı Sevda Abbasova ilə qətlə yetirilmiş şəxs İbyamin yunusov intim əlaqəsində olduğundan Sabir onu öldürməklə qisas almışdır. Məhkəmə istintaqlarında təqdim etdiyimiz sübutlara baxılmadı,çünki saxtakar əməliyyatçılaraxıradək məhkəmlərə təzyiq göstərdilər. Hətda mərhumun həyat yoldaşı məhkəmədə bildirdi ki, qatillər bunlar deyillər. Onlar hündürboylu və yoğunbədənli idilər. Sabirin keşmiş həyat yoldaşı Sevda Abbasova natarial qaydada təsdiq edilmiş ərizəsində göstərir ki,bu biabırçılıqdı,şərəfsizlikdir ki,mənim adımı İlyamin Yunusovla intim əlaqəsində hallandırırlar,mən həmin şəxsi tanımıram yalandır belə hərəkətlər etmək mənim özümə,ailəmə yaraşmaz. Sevda Abbasova həmin natorial qaydada təsdiq edilmiş ərizəsini Prezidentə,Baş Prokurora və digər orqanlara göndərib. Şox təcüblüdür ki,adı ağır cinayət hadisəsində adı çəkilən Sevda Abbasovanın ifadəsini nə ibtidai,nə də ki,məhkəmə istintaqı almır,onu dindirmirlər.Çünki ,bütün bunlar ittihamın ifşasıdır.Ən dəhşətlisi odur ki, Şəmkir RPŞ-nin İmaməddin adlı rəis müavini həmin vaxt Qobustan həbsxanasında cəza çəkən Sabir Abbasovla dəfələrlə telefon əlaqəsi saxlayıb ona təzyiq göstərir,hədə qorxu gəlir ki,məhkəmələrdə ittihamda verdiyin ifadələri təsdiq etsin.Hətda Sabirə buna görə bir neçə dəfə pul,sovqatda göndərir.Bunu isə mənə hazırda 12-saylı CÇM-də cəza çəkən məhkum Arzu Həsənov adlı məhkum deyir,hansı ki,həmin vaxt oda Qobustan həbsxanasında Sabirlə eyni kamerada saxlanılmış həmin telefon Arzuya məxsus olmuşdur. Artıq bu faktla əlaqədar Qaradağ rayon Prokurorlluğuna etdiyim şikayət ərizəm üzrə araşdırma aparılır. Ancaq bunlara baxmayaraq qanunsuz olaraq 13 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişəm. Mənim 2 oğlum bu dövlətə,vətənə xidmət edib,bu dövlətin vətəndaşlarıdırlar.Onlar mənim günahsız məhkum edilməyimlə qətiyyən barışmırlar.83 yaşlı qoca və ağır xəstə anam bu haqsızlığa dözməyib yatağa düşüb.Bu haqsızlıq bütün yaxınlarımı sarsıdıb.Məndə onlarda əziyyət zülm çəkirik.”
Sorğu
Yeni dizaynımız necədir?