Yenicə hərbi xidmətdən qayıdan Samir tanımadığı qıza mesajlar göndərməklə həyatına son qoydu
Bakı Ağır Cinayətlər Məhkəməsində bacısına SMS yazan oğlanı qətlə yetirməkdə ittiham olunan Ceyranbatan qəsəbə sakini Nazim Xanışovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, ittihama görə, bu il yanvarın 15-də Novxanı bağları yaşayış massivində 22-24 yaşlı kişi meyiti aşkar edilib. Sumqayıt şəhər Polis İdarəsi və prokurorluq orqanları əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində öldürülənin Şabran rayon sakini Samir Məmmədov olduğu müəyyən edilib.
İstintaq müəyyən edib ki, S.Məmmədovu Ceyranbatan qəsəbə sakini N. Xanışov bıçaqlayıb. Səbəb isə yenicə hərbi xidmətdən qayıdan Samirin tanımadığı bir nömrəyə zəng edib mesajlar göndərməsi olub.
Prosesdə ifadə verən Nazim bildirib ki, bacısı təsadüfi gələn telefon zəngləri nəticəsində bir nəfər şəxsin onu bezdirdiyini deyib. O da ailəli bacısına zəng edən adamın kimliyini müəyyən edib və Samirə bacısını narahat etməməyi tapşırıb. Lakin Samir bundan bir nəticə çıxarmayıb və tərəflər görüşmək qərarına gəlib.
Onlar əlbəyaxa dava edərkən Samir cibindən çıxardığı bıçaqla Nazimi hədələyib. Nazim də bıçağı onun əlindən alaraq qorxutmaq məqsədilə qarşı tərəfə tuşlayıb. Sonra Nazim hadisə yerindən qaçıb. Ayağından zərbə alan Samir isə Təcili Tibbi Yardım gələnə qədər qan itirdiyindən dünyasını dəyişib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?