Tərtər rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluqla məşğul olan qadın yaxalanıb. Şöbədən verilən məlumata görə, İrəvanlı kənd sakini Mais Bayram oğlu Əliyev ərizə ilə müraciət edərək, evindən qızıl-zinyət əşyalarının oğurlanması barədə məlumat verib.
Məlumata əsasən polisin keçirdiyi əməliyyat nəticəsində oğurluq edənin Leyla Nadirova olduğu məlum olub. O, fala baxmaq məqsədilə evlərə girib, daha sonra da, oğurluq edib. Mais Əliyevin evinə də bu məqsədlə gələn Leyla Nadirova, evdə heç kimin olmamasından istifadə edərək qızıl zinyət əşyalarını oğurlayıb.
Əməliyyatçılar tərəfindən saxlanılan Leyla Nadirovadan qızıl zinyət əşyaları götürülüb. Polis son dövrdə rayonda bənzər oğurluqların artdığını, bu hadisələrdə Leyla Nadirovanın əlinin ola biləcəyini ehtimal edir.
Faktla bağlı Tərtər rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?